Icma.az
close
up
RU
Piyləri əridən möcüzə: Səhər bu yağdan bir qaşıq için

Piyləri əridən möcüzə: Səhər bu yağdan bir qaşıq için

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar səhər acqarına zeytun yağı içmək vərdişi sosial mediada və sağlamlıq forumlarında geniş müzakirə mövzusuna çevrilib. Bir çoxları bu üsulun bədəni toksinlərdən təmizlədiyini, həzm sistemini gücləndirdiyini və arıqlamağa kömək etdiyini iddia edir.

News24.az yenisabah.az-a istinadla xəbər verir ki, bu mövzuya həm tibbi, həm də ənənəvi təbabət baxımından yanaşdıqda fərqli fikirlərlə qarşılaşmaq mümkündür.

Tibb mütəxəssisləri bildirirlər ki, sızma zeytun yağı sağlam yağ turşuları, xüsusilə də olein turşusu ilə zəngindir. Bu maddələr ürək-damar sisteminə müsbət təsir göstərir, xolesterolu tənzimləyir və iltihabla mübarizə aparır. Zeytun yağında E vitamini və polifenol kimi antioksidantlar da mövcuddur. Mütəxəssislərə görə, bu komponentlər acqarına qəbul edildikdə daha effektli təsir göstərə bilər. Dominos pizza

Bəzi həkimlər səhərlər 1 yemək qaşığı zeytun yağı qəbul etməyin mədə turşusunu balanslaşdırdığını, qəbizliyi aradan qaldırdığını və həzm prosesini sürətləndirdiyini qeyd edirlər.

Ənənəvi təbabətdə də bu yağın xüsusi yeri var. Qədim xalq təbabətinə görə, zeytun yağı səhərlər acqarına qəbul edildikdə qaraciyəri təmizləyir, ödü hərəkətə gətirir və orqanizmə enerji verir. Hətta bəzi reseptlərdə zeytun yağına bir neçə damcı limon əlavə olunması tövsiyə olunur.

Lakin bu vərdişin hər kəs üçün uyğun olmadığı da qeyd olunur. Mədə turşuluğu yüksək olan, mədə-bağırsaq problemləri və ya öd kisəsində daş olan şəxslərə zeytun yağını acqarına içmək tövsiyə olunmur. Həmçinin diabet xəstələri bu vərdişi gündəlik həyatlarına daxil etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

Son dövrlərdə yayılan “bir qaşıq zeytun yağı ilə qarın piylərinə son” kimi şüarların isə elmi əsası yoxdur. Həkimlər bu kimi iddiaların insanları yanlış ümidlərə saldığını və balanssız qidalanma vərdişlərinə səbəb ola biləcəyini bildirirlər.

Mütəxəssislər vurğulayırlar ki, səhər acqarına zeytun yağı içmək bəzi insanlar üçün faydalı ola bilər, lakin bu, hər kəsə uyğun deyil. Təbii vasitə olsa da, zeytun yağından istifadə edərkən dozanı və fərdi sağlamlıq vəziyyətini nəzərə almaq vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://news24.az
archiveBu xəbər 15 İyul 2025 23:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri