Icma.az
close
up
RU
Menu

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

Bu gündən ixtisas seçiminə start verilir

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

Paşinyan Tokayevi məlumatlandırıldı

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

Moskvanın şərqində yaşayış binasında yanğın baş verib

“İndi sülh üçün real şansın olduğu zamandır” Zelenski

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi

PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

PKK terror təşkilatı silahlı mübarizəni dayandırdığını və özünü buraxdığını elan edib. 

Bu barədə qərar PKK-nın mayın 5-7-də keçirilən qurultayında qəbul olunub. Təşkilat Türkiyəyə qarşı hərbi və siyasi qarşıdurmanı dayandırdığını, mübarizəni bundan sonra siyasi və hüquqi yollarla davam etdirəcəyini bəyan edib. Qurultayın qərarına əsasən, PKK-nın dağılması ilə birlikdə bütün fəaliyyətlərinə son qoyulacaq. İraq, İran, Suriya və Türkiyə daxil olmaqla, təşkilatın adından heç bir hərbi və siyasi fəaliyyət həyata keçirilməyəcək. Silahlı mübarizənin bitməsi prosesinə PKK İdarə Heyəti nəzarət edəcək. 

Türkiyədən PKK-ya qoşulan şəxslərin tabeliyindəki silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq. Qeyd edək ki, qurultay iştirakçıları 1999-cu ildən İmralı adasında ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanın fevralın 27-də etdiyi müraciəti nəzərə alaraq silahı yerə qoymağa razılaşıblar. 

Öcalan PKK-nın tarixi inkişafı ilə bağlı açıqlamalar verərək, artıq bu quruluşun sona çatmasının lazım olduğunu bildirib. O, kürd və türk xalqlarının min illər boyu davam edən ittifaqının tarixi əhəmiyyətini vurğulayıb. Öcalan demokratik cəmiyyətin əhəmiyyətini qeyd edərək bildirib ki, müasir dövrdə kürdlər demokratik mənada təşkilatlanmalıdırlar. 

Qurultayın qərarından sonra 40 ildir Türkiyənin milli təhlükəsizliyi üçün ən ciddi problemlərdən birinə çevrilmiş kürd terrorunun aradan qalxacağına ümid yaranıb. Qeyd edək ki, XX əsrdə Türkiyəni parçalamaq və dünya xəritəsindən silmək üçün xarici dövlətlər iki terror “kartı”ndan istifadə etməyə çalışıb.

Bunlardan biri Türkiyə ərazisində “Böyük Ermənistan”, ikincisi isə “Kürdüstan” dövlətinin yaradılması planı olub. Hələ Birinci Dünya müharibəsi dövründə “Antanta” ittifaqına daxil olan ölkələr Osmanlı dövlətinə və türklərə qarşı erməni terrorundan silah kimi istifadə edib. Müharibə başa çatdıqdan sonra da Osmanlı dövlətini parçalamaq və sonrakı mərhələdə Türkiyə Respublikasının yaranmasına mane olmaq üçün ermənilərdən istifadə edilib. 

1920-ci il avqustun 10-da imzalanmış Sevr müqaviləsi hazırkı Türkiyənin dörd vilayətinin Ermənistana verilməsini, Osmanlı dövlətinin ərazisində Kürdüstan dövlətinin yaradılmasını nəzərdə tuturdu. Həmçinin, Sevr müqaviləsinə görə, qondarma erməni soyqırımı tanınmalı idi. 

Türkiyəyə qarşı erməni və kürd amilindən XX əsrin ikinci yarısında istifadə edilməyə başlanılıb. 1970-1980-ci illərdə “ASALA” terror təşkilatı türk diplomatlarına qarşı bir sıra terror aktları törətmişdi. Nəticədə 20 nəfər diplomat qətlə yetirilmiş, 100-dən artıq müxtəlif millətlərin sıravi nümayəndələri həlak olmuş və yaralanmışdı. Ermənistanın 1991-ci ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları, eyni zamanda, uydurma soyqırımın dünyada tanınmasına dair bənd yer alıb. 

Ermənistan Konstitusiyasının preambula hissəsində həmin bəyannaməyə istinad edilib. Rəsmi İrəvan Ermənistan konstitusiyasından Türkiyəyə qarşı ərazi iddialarının çıxarılması üçün referendum keçirmədən iki ölkə arasında münasibətlərin normallaşması qeyri-mümkündür. 

1978-ci il noyabrın 27-də Abdullah Öcalan və onun 21 nəfər tərəfdarının yaratdığı PKK terror təşkilatı Türkiyənin şərq və cənub-şərqini, İraqın, Suriyanın şimal-şərqini, İranın şimal-qərbini əhatə edən bölgədə müstəqil dövlət qurmaq və bu məqsədlə sözügedən torpaqlara sahib çıxmaq məqsədi daşıyırdı. PKK-nın İran (PJAK) və Suriyada da (YPG və PYD) müxtəlif strukturları yaradılıb. 

SSRİ-nin Türkiyəyə qarşı siyasi layihəsi hesab edilən PKK-nın ideoloji bazasını kommunizm təşkil edib. Hələ də PKK-çılar arasında kommunizm - sosializm ideyalarının tərəfdarları üstünlük təşkil edir və onlar bir-birinə “yoldaş” deyə müraciət edirlər. SSRİ həm də PKK-nın əsas silah təminatçısı olub. Lakin Sovet İttifaqının və sosializm sisteminin dağılması PKK-ya xaricdən ən böyük siyasi-ideoloji dəstəyin aradan qalxmasına səbəb oldu. Abdullah Öcalanın müraciətində də artıq sosializm quruluşu olmadığına görə belə bir ideya uğrunda mübarizə aparmağa da ehtiyacın qalmadığı bildirilirdi. 

PKK-dan müxtəlif dövlətlər Türkiyəyə qarşı istifadə ediblər. Son 34 ildə PKK daha çox ABŞ-nin siyasi və hərbi himayəsi altında olub. Eyni zamanda, üç siyasi mərkəzdən PKK-nın mövcudluğunun qorunub saxlamaq və Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün yardım göstərilib. Bunlar İran hakimiyyəti, İraqda Təlabani ailəsi və Suriyada Əsəd rejimi olub. 

Yaxın Şərqdə baş verən son proseslər fonunda İsrailin də Suriyanın parçalanması və Türkiyənin artan təsirinin qarşısını almaq üçün “kürd kartı”ndan istifadə etmək niyyəti açıq görünür. Qeyd edək ki, 47 il ərzində PKK-nın Türkiyədə törətdiyi terror aktları nəticəsində on minlərlə insan həyatını itirib. Xüsusilə də 2017-ci ildən başlayaraq Türkiyə silahlı qüvvələrinin Suriyanın və İraqın şimalında həyata keçirdiyi irimiqyaslı terror əməliyyatları zamanı PKK, YPG və PYD və qollarının əsas sığınacaqları, silah bazaları məhv edilib, fəalları öldürülüb, həbs edilib. 

Sistemli hərbi əməliyyatlar nəticəsində PKK xeyli zəifləyib. Son illər Türkiyənin müdafiə sənayesinin güclü inkişafı ilə bağlı ən müasir texnologiyalara əsaslanan hərbi hava qüvvələri və raket istehsalının artırması PKK-ya qarşı mübarizəni asanlaşdırıb. Ötən ilin dekabr ayında Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi və İranın bu ölkədən çəkilməsi Türkiyənin regiondakı geosiyasi mövqelərini möhkəmlədib. 

Artıq PYD (Suriya Demokratik Qüvvələri) rəhbəri Məzlum Abdi Suriya keçid hökumətinin Prezidenti Əhməd əş-Şəraa ilə qarşılıqlı razılaşmadan sonra silahlı mübarizəni dayandırdıqlarını və fəaliyyətlərini siyasi müstəvidə davam etdirəcəklərini deyib. Bu ilin mart ayında, YPG terror təşkilatı da Abdullah Öcalanın müraciətini əsas götürərək silahlı mübarizəyə son verdiklərini açıqlayıb. Qurultayın qərarından sonra YPG-nin də fəaliyyətinə tamamilə xitam verəcəyi gözlənilir. 

Bu isə 47 ildən sonra Türkiyənin terror təhlükəsinin aradan qalxması və sabitliyin təmin olunması üçün zəmin yaradır. PKK-nın mövcudluğuna son qoyulması Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi edilməkdir. Lakin bəzi siyasi müşahidəçilər hesab edirlər ki, PKK-nın siyasi struktura çevrilməsi Türkiyəyə yaxşı heç nə vəd etmir. 

Əgər indiyə qədər terror amili Türkiyəyə “Kürdüstan dövləti” ideyasına qarşı açıq mübarizə aparmağa imkan verirdisə, bundan sonra Ankara dinc, demokratik vasitələrdən istifadə etməklə aparılan siyasi mübarizənin qarşısını almaqda çətinlik çəkə bilər. Bütün hallarda PKK terroruna son qoyulması Türkiyənin daxili və xarici siyasətində yeni mərhələnin başlanması deməkdir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: PKK Artsax Kürd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see175

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see172

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see132

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see130

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see129

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see127

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see123

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see123

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see121

Öldürüb, meytini də hissələrə bölmüşdü Bakıdakı dəhşətli QƏTLİN TƏFƏRRÜATI VİDEO

11 Avqust 2025 18:32see121

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see120

Bu gündən ixtisas seçiminə start verilir

11 Avqust 2025 08:49see120

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see119

Paşinyan Tokayevi məlumatlandırıldı

11 Avqust 2025 19:04see119

Dövlət Proqramı ilə xaricdə təhsildə ilk! Fotolar

11 Avqust 2025 16:43see118

Laçında yerli təbiətə kimlər qənim kəsiliblər?

12 Avqust 2025 01:17see118

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

11 Avqust 2025 06:42see117

Moskvanın şərqində yaşayış binasında yanğın baş verib

11 Avqust 2025 18:39see112

“İndi sülh üçün real şansın olduğu zamandır” Zelenski

11 Avqust 2025 19:31see112

Qiymət artımı Türkiyəni turistsiz qoya bilər...

11 Avqust 2025 22:25see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri