Icma.az
close
up
RU
Dennitsa adlı mələk niyə şeytana çevrildi?

Dennitsa adlı mələk niyə şeytana çevrildi?

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Mələklərin şeytana çevrilməsi mövzusu müxtəlif dinlərdə və mifologiyalarda fərqli şəkildə izah edilir. Bu barədə ən qədim mənbələr arasında “Enokun kitabı”nda, Bibliyada, xristian və islam qaynaqlarında məlumatlar yer alır. Bizə məlum olan ən qədim peyğəmbərlərdən biri, kral Enokun kitabında “düşmüş mələklər” insan övladı olan qızlara aşiq olub onlarla evlənərək yer üzündə yaşayan mələklərə deyilir. “Enokun kitabı”nda “düşmüş mələklər”in hekayəsi daha geniş təsvir edilib. 

Bibliyada Tanrıya itaətdən boyun qaçıran Dennitsa adlı mələyin cənnətdən qovulduğu qeyd olunur. Dini rəvayətə görə Dennitsa bilgili bir mələk olur və tanrılıq iddiasına düşür. O, bir neçə mələklə təkəbbür göstərərək öz Tanrısına üsyan edir. Tanrının qəzəbinə gələn həmin mələklər cənnətdən qovulurlar, beləliklə Dennitsa  Şeytana çevrilir. Üsyan edən mələklərin "düşmüş mələklər" adlandırılması onların göylərdən yerə və ya cəhənnəmə düşməsi ilə əlaqələndirilir. 

Bəzi dinlərə görə “düşmüş mələklər” Şeytanın rəhbərliyi altında insanları yoldan çıxarmağa çalışırlar. Dini və mifoloji sistemlərdə Şeytanın mənşəyi və təbiəti haqqında müxtəlif fikirlər səsləndirilir. Bəzi mənbələrdə Şeytan Tanrıya itaət etməkdən boyun qaçırdan və buna görə cəzalandırılan bir mələk kimi təsvir olunur. Digər mənbələrdə, məsələn, yəhudilərin “Talmud”unda isə Şeytan insanlara sınaq üçün göndərilən varlıq kimi təqdim edilir. Ümumilikdə, Şeytan obrazının ən qədim kökləri Zərdüştilik dinindəki Əhrimənə qədər gedib çıxır. Əhrimən Zərdüştilikdə şər qüvvənin təmsilçisi, xaos və yalan Tanrısı kimi təsvir olunur. O, həmçinin işıq və xeyirxahlıq Tanrısı olan Ahura Mazdaya qarşı mübarizə aparır. Əhrimən obrazı yəhudi dininə də təsir edərək  iudaizmdə Şeytan obrazının formalaşmasına səbəb olub. Yəhudi Bibliyasında Şeytan ilk dəfə "ha-Satan" (rəqib, ittihamçı) adı ilə xatırlanır və Tanrının sadiq bəndələrini sınağa çəkən fövqəltəbii varlıq kimi təsvir olunur. Lakin xristianlıqdan və islamdan fərqli olaraq, “yəhudilərin şeytanı” insanları sınağa çəkməyi Tanrının tapşırığı əsasında həyata keçirir. Yəni, “yəhudilərin şeytanı” bir növ, Tanrının xidmətçisidir. 

Xristianlıqda isə Şeytan “İblis” adı ilə tanınır və Tanrıya qarşı üsyan edən, insanları yoldan çıxaran varlıq hesab edilir. Xristian teologiyasında Şeytan günahın, şərin və qaranlığın simvolu kimi qəbul edilir. İslam dinində də  Şeytan “İblis” adı ilə tanınır və Tanrının əmrinə itaət etməyən, Adəmi və Həvvanı yoldan çıxaran varlıq kimi təsvir olunur. 

Murad Köhnəqala 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Noyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri