PKK nın tərksilah olunması ilə bağlı qərarının icrasını diqqətlə izləyəcəyik Ərdoğan
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Türkiyə hökuməti qadağan olunmuş və terrorçu təşkilat kimi tanınan Kürdistan Fəhlə Partiyasının (PKK) özünü ləğv etməsi və döyüşçülərinin tərksilah edilməsi ilə bağlı qərarının icrasını diqqətlə izləyəcək.
"Unikal" türk KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“Terror təşkilatı tam olaraq silahları yerə qoymalıdır, ləğv olunma ilə bağlı qərar tam yerinə yetirilməlidir. Biz qəbul olunmuş qərarların icrasını diqqətli izləyəcəyik”, - Ərdoğan vurğulayıb.
O bildirib ki, təkcə ölkənin yox bütün regionun sülh və rifah şəraitində olmasını istəyir.
Xatırladaq ki, bu yaxınlarda PKK rəhbərliyi təşkilatın ləğv olunduğunu, Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını və bundan sonra yalnız siyasi yollarla mübarizə aparacaqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 17 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















