Icma.az
close
up
RU
PKK terror təşkilatının ləğvi çox ciddi bir hadisədir ŞƏRH EDİLDİ

PKK terror təşkilatının ləğvi çox ciddi bir hadisədir ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Təbii ki, 50 ilə yaxın bir dövrdə təkcə Türkiyədə 40 mindən çox insanın qətlinə bais olan terrorçu “PKK”-nın silahı yerinə qoyaraq özünü ləğv etməsi böyük uğurdur. PKK-nın Qurultayında verilən bu qərar təkcə bir terror təşkilatının sonu deyil, eyni zamanda Türkiyə dövlətçiliyinin tarixinə yazılmış zəfər kimi qiymətləndirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, PKK terror təşkilatı 1978-ci ildə Türkiyənin Lice bölgəsinin Fis kəndində Abdullah Öcalan və onu dəstəkləyən 21 nəfər tərəfindən qurulmuşdu: "Terror qruplaşması 1984-cü ildən bu yana həm Türkiyədə, həm də ümumilikdə bölgədə çox sayda terror aktları, silahlı hücumlar təşkil edib, minlərlə günahsız insanın, dövlət məmurlarının həyatına son qoyub.

Bu baxımdan PKK terror təşkilatının ləğvi çox ciddi bir hadisədir. Çünki məlum olduğu kimi, qardaş Türkiyə dövləti uzun illərdir ki, terrorla mübarizə aparır, indiyədək bu istiqamətdə xeyli vəsait xərclənib. İndi verilmiş qərar daha güclü Türkiyə üçün yeni bir səhifənin açılması deməkdir.

İndi əsas məsələ müxtəlif xarici qüvvələr tərəfindən körüklənən və əslində kürd xalqının özünə ağır zərbələr vuran separatçılığın və terrorçuluğunun durdurulması istiqamətindəki prosesin uğurla davam etdirilə biləcəyi ilə bağlıdır. Çünki PKK-nın özünü buraxdığını elan etməsi 40 ildən artıq davam edən silahlı fəaliyyətlərin və terrorun sonu kimi qiymətləndirilsə də, bir sıra suallar hələ açıq olaraq alır. PKK-nın liderlərinin, ayrı-ayrı qruplaşmalara rəhbərlik edən komandirlərin taleyi, onların hansı ölkələrə və hansı şərtlərlə sığınacaqları, silahların kimə təhvil veriləcəyi kimi məsələlər var".

"Digər bir tərəfdən məlumdur ki, PKK-nı maliyyələşdirən, silahla təmin edən çoxlu saylı oyunçular var. Onların da indiki məqamda PKK-nın xidmətlərindən imtinaya hazır olub-olmamaları müəmma olaraq alır. Nəzərə almaq lazımdır ki, “PKK” qurulduğu 1978-ci ildən indiyədək keçən dövr ərzində 11 dəfə özünü ləğvetmə qərarı verib, dəfələrlə silahları yerə qoyub, guya, dinc və demokratik mübarizə yolunu seçib. Amma bütün bu dəyişimlərin ömrü uzun sürməyib, qısa zamandan sonra yenidən terror metodlarına əl atıb.

Yəni PKK özünü buraxdı deyib hər hansı bir başqa ad altında fəaliyyəti davam etdirəcəksə bu terrorun sonu demək olmayacaq. Odur ki, biz indi PKK Qurultayına və orada qəbul olunmuş qərara diqqətli yanaşmaq məcburiyyətindəyik. Əgər PKK doğrudan da yox olacaqsa və bu terror qrupunun qalıqları səmimi şəkildə silahlı fəaliyyətdən imtina edəcəklərsə bundan hər kəs qazanacaq" - deyə o, əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri