Icma.az
close
up
RU
PKK Türkiyə üzərindən azərbaycanlıları vurdu : qədim şəhərimiz təhlükədə VİDEO

PKK Türkiyə üzərindən azərbaycanlıları vurdu : qədim şəhərimiz təhlükədə VİDEO

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin rəsmi dövlət kanalı “TRT”nin kürd dilində yayım bölməsi, Güney Azərbaycanın qədim və böyük şəhərlərindən olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edib. Kanal bu şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb. İlk baxışdan jurnalistik mövzu seçimi kimi görünən bu süjet, təəssüf ki, pərdəarxasında ciddi risk faktorlarını özündə ehtiva edir.

Məsələ ondadır ki, “TRT Kurdi”nin süjetində Urmiya şəhərinin yalnız kürd mədəniyyəti təqdim olunur, bu da bölgədə heç vaxt türklərin məskunlaşmadığı və ya artıq “keçmişdə qalmış” bir qrup olduğu təəssüratını formalaşdırır. Halbuki Urmiya sadəcə coğrafi ərazi deyil, Azərbaycan türklərinin mədəni və siyasi yaddaşında xüsusi yeri olan bir şəhərdir. Qədimdən bu bölgə Oğuz–Türk tayfalarının məskəni olub. Urmiyanın Qacar sülaləsinin yüksəlişində oynadığı rol, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin hərəkatları zamanı bu şəhərin siyasi mərkəz kimi çıxış etməsi onun türklüyünü təkcə etnik deyil, həm də tarixi fakt kimi təsdiqləyir.

“TRT Kurdi”nin süjetindən fərqli olaraq deyə bilərəm ki, bəli, tarix boyu Urmiyada kürdlər də yaşayıb, ərazidə onların da mədəniyyəti var və bu, danılmazdır. Amma Azərbaycan türkləri bölgənin dominant, köklü və əsas etnosudur. Bunu nəzərə almamaq və ya təhrif etmək açıq qərəzdir.

Əslində bu hadisə son zamanlar mənim israrla müdafiə və açıq şəkildə xəbərdarlıq etdiyim bir məsələnin nə qədər doğru və gələcək perspektivdə region üçün riskli olduğunu sübut edir. Söhbət son zamanlar təslim olduğu, silahı yerə qoyduğu deyilən, Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatının əslində transformasiyaya məruz qalmasından gedir. Bir daha qeyd edirəm ki, PKK-nın mübarizəsi yeni mərhələyə keçib.

Türkiyə PKK-ya hərbi baxımdan ciddi zərbələr vursa da, təşkilatın mədəni, sosial və xüsusilə də informasiya strategiyası hələ də aktivdir. “TRT Kurdi”nin bu reportajı həmin sızmanın real nəticəsidir. Əgər bir zamanlar “TRT” yayım şirkətinin kanallarında Güney Azərbaycana dair proqramlarda “Azərbaycan türkləri”, “türk şəhəri”, “ortaq kimlik” kimi ifadələrə yer verilirdisə, hazırda bu terminlərin yerini “kürd şəhəri” anlayışının alması təsadüfi deyil. Bu, həm dövlət siyasətində, həm də redaksiya strategiyalarında yön dəyişikliyinin xəbərçisidir.

Mediyanın dili simvolikdir və hər simvol müəyyən mərkəzdən gələn mesajı daşıyır. “TRT” kimi dövlət kanallarında yayımlanan süjetlər, təkcə məlumat vermək deyil, ictimai fikri formalaşdırmaq və siyasi konturları cızmaq funksiyasını daşıyır. Bu baxımdan Urmiyanın “kürd şəhəri” kimi təqdim olunması yalnız bir reportaj deyil, eyni zamanda mövqe bəyanatıdır. Bu mesaj həm İrana, həm də bölgədəki digər türk icmalarına yönəlib: “Artıq Urmiya türk yox, kürd şəhəridir”.

Təəssüf ki, bu gün həm Türkiyədə, həm də Azərbaycanda çoxları bir qrup PKK üzvünün silahı yerə qoymasını “terrorsuz Türkiyə” arzularının reallaşması kimi başa düşür. “TRT Kurdi”nin bu reportajı isə açıq şəkildə bu eyforiyaya qapılmağın real fəsadıdır.

Məsələnin bir də, təbii ki, TürkiyəAzərbaycan münasibətləri konteksti var. Bu və bu kimi materiallar Azərbaycanda böyük narazılıqla qarşılanır. Ümumiyyətlə, son illərdə Türkiyə mediasının ardıcıl və qərəzli, fərqli motivli dezinformasiyalar yayması tez-tez müşahidə olunur. Bütün bunlar bir daha Türkiyə mediasında PKK təsirinin nə qədər real təhdid halını aldığını göstərir.

Ən təhlükəlisi isə odur ki, bu süjetə qarşı nə siyasi dairələrdən, nə də TRT rəhbərliyindən hər hansı izahat və ya təkzib verilməyib. Bu susqunluq ya səmərəsiz nəzarətin, ya da şüurlu şəkildə yönləndirilmiş bir siyasətin göstəricisidir. Əgər bu, redaksiya səhvidirsə, dərhal rəsmi açıqlama və düzəliş olmalı idi. Yox əgər yeni redaksiya xəttidirsə, o zaman Türkiyə içində milli mətbuatın kim tərəfindən və nə məqsədlə yönləndirildiyi ciddi şəkildə sorğulanmalıdır. Əks təqdirdə, bu kimi materiallar, qərəzli yazılar və süjetlər “iki dövlət, bir millət” konsepsiyasının içini “boşalda” bilər.


Turan Rzayev
Globalinfo.az-ın siyasi yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri