PKKnın Suriyadakı rahat həyatı bitdi Elxan Şahinoğlu
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
"Suriyada PKK dövrü bitmək üzrədir. Türkiyə ilə yanaşı Suriyanın yeni hakimiyyəti də ərazisində PKK terrorçularının yuva salmasını istəmir. Türkiyənin Suriya ərazisində PKK-ya qarşı mübarizə imkanları genişlənib, yerli əhali də onlara qarşı etiraza qalxıb".
Metbuat.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu vəziyyətdə PKK terrorçuları ya tərksilah olunmalı, ya da Suriyadan İraqa keçib, Qəndil dağı silsiləsində gizlənən tərəfdarlarına qoşulmalıdırlar.
"Onlar isə başlarını gizləndikləri yuvalarından çıxara bilmirlər. Suriya ərazisində rahat həyat onlar üçün bitmək üzrədir, ABŞ da PKK terrorçularını qoruya bilməyəcək. Ancaq PKK İraqda da rahatlıq tapa bilməyəcək. İraq hakimiyyəti və İraqdakı kürd aşirətləri terrorçuları ərazilərində görmək istəmirlər. Suriyada yaşayan kürdlərə gəldikdə, onlar mərkəzi hakimiyyətə tabe olmaqla yanaşı, gələcəkdə Türkiyə modeli bələdiyyələr də formalaşdıra biləcəklər",- deyə politoloq qeyd edib.
AYXAN
Baxış sayı:122
Bu xəbər 15 Dekabr 2024 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















