Plastik cərrah “qara həkimlər” və əməliyyat riskləri barədə danışıb
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyalı plastik cərrah Sitora Okuşko peşədəki risklər, "qara cərrahlar"ın təhlükəsi və pasiyentlərin müraciət səbəbləri barədə açıqlama verib.
BAKU.WS xəbər verir ki, plastik cərrahiyyədə ən böyük problemlərdən biri qeyri-peşəkar şəxslərin qanunsuz əməliyyatlar aparmasıdır. Onun sözlərinə görə, bu cür müdaxilələr ciddi fəsadlara, o cümlədən infeksiya, deformasiya və bəzi hallarda həyati risklərə səbəb ola bilər.
Cərrah qeyd edib ki, pasiyentlər əsasən estetik dəyişiklik və üz nahiyəsinin cavanlaşdırılması üçün müraciət edirlər. Son illərdə kişilərin də bu sahəyə marağının artdığı vurğulanıb.
O həmçinin bildirib ki, plastik cərrahiyyə daimi öyrənmə tələb edən sahədir və həkimlər yeni texnologiya və metodlara uyğunlaşmalıdır.
Okuşko vurğulayıb ki, hər pasiyent əməliyyata uyğun olmur və həkimlər bəzi hallarda tibbi və psixoloji səbəblərlə müdaxilədən imtina edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 21 İyun 2026 23:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















