Icma.az
close
up
RU
Əməliyyat arzusunda olan XANIMLAR nədən ehtiyat etməldir? Plastik cərrah əməliyyat sirrlərini açır

Əməliyyat arzusunda olan XANIMLAR nədən ehtiyat etməldir? Plastik cərrah əməliyyat sirrlərini açır

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

“Gözəllik ondur, doqquzu dondur” deyirlər. Amma gözəl don gözəl bədəndə daha da gözəlləşir. Zamanla aldığımız artıq çəki və itirilən bədən elastikliyi müəyyən mənfi dəyişikliklərə səbəb olur. Bu zaman üz tuturuq plastik cərraha…

Sağlamolun.az “Baku City Hospital”ın plastik cərrahı Elnarə Salmanovayla liposaksiya, mamoplastika və endoskopik qaşqaldırma əməliyyatlarından danışıb.

- Liposaksiya nədir və necə icra edilir?

- Xanımlarımız elə düşünürlər ki, liposaksiya çəki atma, arıqlama əməliyatıdır. Amma liposaksiya arıqlama əməliyatı deyil. Liposaksiya bədən formalaşdırma əməliyatıdır ki, bəzi nahiyələrdə qarın, ayaq, qol və sair bədən üzvlərimizdə bölgəsəl piylənmənin qarşısın alsın. Pasiyentlər müraciət edəndə deyirlər ki, heç bir pəhriz, idman mənə kömək etmir. Belə hallarda biz xüsusi cihazlar vasitəsi ilə həmin bölgəsəl piylərə forma veririk. Burada dəri keyfiyyətini əsas götürməliyik. Hər gələn xanıma liposaksiya icra etmək olmaz. Birinci növbədə burada bədən kütləsi indeksi əsas götürülməlidir. Bədən kütləsi indeksi 30-dan yuxarı olan pasiyentlərə liposaksiya əks göstərişdir. Həmin xanımlar əvvəlcə çəki atmalıdır ki, biz əməliyatı icra edə bilək.  Piy toxuması olan bütün bölgələrə liposaksiya etmək olar. İlk növbədə düzgün pasiyent seçmək və onu düzgün maarifləndirmək lazımdır. Hər bir cərrahi əməliyatın riski var. Liposaksiya estetik əməliyatlar arasında ən çox fəsadlaşma riski, ölüm riski olan əməliyatlardan biridir. Bütün əməliyatlarda olduğu kimi bu əməliyatdan da sonra qanaxma halları ola bilir. Bunların hər birini nəzərə almaq lazımdır. İndiki dövrdə Azərbaycanda plastik cərrahiyə sahəsində böyük sıxıntı var. Qeyri-ixtisas sahibləri də bu sahə ilə məşğul olmağa çalışırlar. İlk növbədə kosmetoloqlar. Onlar sadəcə dəri təbəqəsində proseslər icra edə bilərlər. Təəssüflər olsun ki, tibbi təhsili olmayan, hardansa kosmetoloq sənədi almış kosmetoloqlar belə liposaksiya əməliyatı icra edirlər. Pasiyentlərə məsləhətim odur ki, getdikləri həkimin ixtisası ilə maraqlansınlar və sosial şəbəkələrdə olan reklamlara aldanmasınlar.

- Mamoplastika nədir?

- Mamoplastika süd vəzilərində icra edilən plastik əməliyyatlardır. Bunlar bir neçə qrupa bölünür. Var süd vəzinin həcmləndirilməsi ki, bu zaman implantlardan və ya pasiyentin öz piy toxumasından istifadə edirik. Süd vəzinin kiçildilməsi, dikləşdirilməsi, o cümlədən də yenilənməsini həyata keçiririk. Mamoplastika əməliyatları zamanı bizə müraciət edən əsas kontingent hamiləlik keçirmiş qadınlardır ki, südvermə dönəmində süd vəziləri formasını itirib. Daha estetik görünüş əldə etmək üçün bizə müraciət edirlər. Bu əməliyat zamanı əsas yerdə duran implant seçimidir. İmplant daimi deyil. Tibbi göstəriş olmasa belə, pasiyentin istəyinə uyğun 10-15 ildən sonra implantı yenisi ilə əvəz edə bilər. İmplantın süd verməyə heç bir təsiri yoxdur. Bu əməlyat zamanı süd vəzi axarlarına heç bir müdaxiləmiz olmur. Eyni zamanda implant gələcəkdə süd vəzi xərçəngi yaratmır. Sadəcə implant qoyulduqdan sonra müdafiə mexanizmi olaraq yad cismə qarşı bir kapsul yaranır. Bu da çox nadir görülən bir haldır ki, gələcəkdə şiş toxumasının yaranmasına səbəb olur. Bu əməliyyat adətən 2 etaplıdır. Çox zaman xüsusi toxuma genişləndiricilərdən istifadə edirik. Həcmi böyüdürük, daha sonra ikinci etap kimi implantı yerləşdiririk.

- Qaşqaldırma əməliyatı necə icra edilir?

- Qaşqaldırma əməliyatı bir neçə texniklə icra olunur. Müəyyən bir yaşdan sonra, adətən 40 yaşdan sonra bizə müraciət edirlər. İndiki dövrdə plastik cərrahiyənin yaşı çox gəncləşib. Olur ki, 30 yaşında xanım gəlir ki, mən istəyirəm qaşlarım qalxsın, daha yüksəkdə dursun. Qaşın üst hissəsindən bir kəsik aparmaqla edilən qaşqalırma qısa müddətlidir. Çünki müəyyən bir vaxtdan sonra dəri özünü barxa bilər. Bu zaman qaş yenə eyni səviyyəyə gəlib çıxır. Ən etibarlı üsul endoskopik qaşqaldırmadır. Bu zaman saçın tüklü hissəsindən kiçik santımetr bir kəsikdən endoskop vasitəsi ilə girərək edilir. Bu zaman bütün anotomik strukturlar göz qabağında olur və heç bir sinir zədələnmir. Əməliyat düzgün icra olunubsa, ən az 10 il bu vəziyətdə qalır. Amma yerin cazibə qüvvəsini də nəzərə almaq lazımdır. Zamanla yaş artır və dəyişikliklər hiss olunur. Pasiyent müraciət edəndə cərrah ilk öncə üzün proporsiyalarını nəzərə almalıdır. Qaş və göz məsafəsinə, alının həcimli olub-olmamasına diqqət edilməlidir. Əgər əməliyatı qeyri-peşəkar bir həkim icra edirsə, orada fəsadların görülmə riski çox böyükdür. Əməliyatı peşəkar olmayan birinin icara etməsi sinirlərin zədələnməsinə, üzün iflic olmasına qədər gətirib çıxara bilər.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see218

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see212

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see207

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see199

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see164

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see162

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see136

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see136

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see135

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see133

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see131

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see130

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see130

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see127

Saxta şərabı necə seçmək olar?

26 Oktyabr 2025 02:02see122

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see122

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see121

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see120

Bomba sığınacağında 1 saat...

25 Oktyabr 2025 18:34see119

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri