Plastik cərrahlar üçün şöbə açıldı
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səhiyyə Nazirliyinin Akademik Mustafa Topşubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və Rekonstruktiv Cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş şöbədə beynəlxalq standartlara uyğun plastik və rekonstruktiv cərrahi əməliyyatlar uğurla həyata keçirilir.Son günlərdə şöbədə Azərbaycanda ilk dəfə olaraq unikal cərrahi əməliyyat icra edilib.
Üz sümüklərinin çoxsaylı sınıqları, həmçinin alt çənənin sağ və sol oynaq çıxıntılarının yerdəyişmiş sınıqları diaqnozu ilə mərkəzə daxil olan xəstəyə üz sümüklərinin qapalı reduksiyası, alt çənənin sağ və sol oynaq çıxıntılarının endoskopik reduksiyası və metal osteosintez əməliyyatı uğurla tətbiq olunub.
Əməliyyat tibb elmləri doktoru Elçin Məmmədov və Vəlican Abbasov tərəfindən həyata keçirilib.Bu tip əməliyyatlar əksər klinikalarda açıq üsulla icra olunur və nəticədə üz nahiyəsində çapıq izlərinin qalmasına səbəb ola bilər.
Əməliyyatın ilk dəfə olaraq endoskopik üsulla aparılması isə həm estetik baxımdan, həm də bərpa prosesinin daha rahat keçməsi baxımından mühüm üstünlük yaradır. Hazırda xəstənin vəziyyəti stabil və qənaətbəxşdir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 07 Mart 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















