Plastik cərrahlarla bağlı araşdırma aparılır
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Səhiyyə Nazirliyi qanunsuz çalışan plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı xəbərdə nazirlik əməkdaşlarının adlarının çəkilməsi məsələsinə münasibət bildirib.
Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları Səhiyyə Nazirliyi ilə birgə aparır: “Sonda istintaq orqanı aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxslərinin adları hallanır.

Plastik cərrahlarla bağlı araşdırma aparılır
09 Dekabr 2024 16:18
Saxta plastik cərrahlarla bağlı araşdırma aparılır Nazir
12 Dekabr 2024 11:24
Plastik cərrahlarla bağlı araşdırma həbslər...
12 Dekabr 2024 10:57
Saxta plastik cərrahlarla bağlı İşçi Qrup yaradılıb: Araşdırma aparılır
12 Dekabr 2024 11:26

