Plenar iclasın iştirakçısı: Hüquq mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 20 may, AZƏRTAC
Bu tədbir hamının, xüsusən də hüquq-mühafizə orqanlarının bir-biri ilə əlaqə qurması üçün çox vacib platformadır. Eyni zamanda, beynəlxalq əməkdaşlıq baxımından da çox effektivdir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Bakıda keçirilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının iştirakçısı, Honkonqun Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyasının nümayəndəsi Pol Çi Ho Lau deyib.
Qonaq bildirib ki, bu günlərdə çoxsaylı vacib görüşlər keçiriləcək. "Bizim bir-birimizlə əlaqə qura biləcəyimiz təhlükəsiz rabitə platformalarımız və şəbəkəmiz var. Biz bu platformaya çox güvənirik, çünki təhlükəsizdir. Hər şey şifrələnir. Hüquq-mühafizə orqanlarının səmərəli və təhlükəsiz şəkildə birgə işləməsi çox vacibdir. Bu şəbəkənin müxtəlif maraqlı tərəflərlə birlikdə böyüməsi üçün ona fəal şəkildə töhfə verməliyik", - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 20 May 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















