Icma.az
close
up
RU
“Pnevmoniya vaxtında müalicə edilərsə tam sağalma mümkündür” Günel Sadıqlı

“Pnevmoniya vaxtında müalicə edilərsə tam sağalma mümkündür” Günel Sadıqlı

Bakivaxti-dan verilən məlumata əsasən, Icma.az xəbər verir “Pnevmoniya vaxtında müalicə edilərsə tam sağalma mümkündür” Günel Sadıqlı.

Səhiyyə Nazirliyi Elmi–Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim–terapevti Günel Sadıqlı nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir.

- Günel xanım, pnevmoniyanın əsas simptomları hansılardır?

- Pnevmoniya, ağciyərlərin iltihabı nəticəsində yaranan infeksion xəstəlikdir və bir çox fərqli səbəbdən inkişaf edə bilər. Pnevmoniyanın simptomları infeksiyanın növü və şiddətinə görə dəyişir. Lakin əsas simptomlar kimi yüksək hərarət, döş qəfəsində ağrı, öskürək, tənəffüs çətinliyi çox vaxt pnevmoniyanın başlanğıcı ola bilər.

Döş qəfəsində ağrı xüsusilə nəfəs alarkən və öskürərkən hiss edilir. Bu, infeksiyanın səbəb olduğu iltihaba bağlıdır. Pnevmoniya ən çox öskürək ilə müşayiət olunur. Öskürək quru və ya bəlğəmli ola bilər. Bundan başqa, pnevmoniya xəstələrində halsızlıq, yorğunluq və ümumi zəiflik müşahidə olunur. Bəzi xəstələrdə titrəmələr və həddindən artıq tərləmə görülür. Ümumi əlamətləri arasında baş ağrısı və əzələ ağrıları da müşahidə edilir.

Pnevmoniyanın ilk simptomları isə adətən yüngül olur, qrip və ya soyuqdəymə ilə qarışa bilər. Bu simptomlar arasında yüngül öskürək, qızdırma və ya soyuqdəymə hissi, halsızlıq və yorğunluq, həmçinin nəfəs alma çətinliyi və ya tez-tez nəfəs alma (sürətli və dərin olmayan tənəffüs) qeyd etmək olar. Bu ilk əlamətlərin daha sonra ciddi pnevmoniya simptomlarına çevrilmə ehtimalı var. İnfeksiya daha şiddətli olduqda, ağciyərlərdəki iltihab və iltihabın yayılması ilə əlaqədar olaraq simptomların daha sürətli və ciddi şəkildə inkişaf etməsi mümkündür.

Əgər pnevmoniya şübhəsi varsa, dərhal tibbi yardım alınması vacibdir. Çünki erkən müdaxilə müalicəni asanlaşdırır və ağırlaşmaların qarşısını alır.

- Kimlər daha çox risk qrupundadılar?

- 65 yaş və üzəri olan şəxslərdə, körpələr və kiçik yaşlı uşaqlarda, HIV/AIDS kimi immun defisit vəziyyəti olanlar, kimyaterapiya və ya radiasiya terapiyası alan, həmçinin orqan köçürülməsi olunan şəxslərdə immun sistemi zəif olduğu üçün pnevmoniya riski daha yüksəkdir. Həmçinin, ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX), astma, ürək çatmazlığı, şəkərli diabet kimi xronik xəstəliyi olanlar, siqaret və alkoqollu içkiləri tez-tez istifadə edən insanlarda, hamilə qadınlar, sinir sistemi xəstəliyi olanlar, keçmişdə pnevmoniya olmuş şəxslər də risk qrupuna aiddirlər. Belə ki, yaşlıların immun sistemi zəifləyir və ağciyərlərin funksiyası azalır. Bu da onları pnevmoniyaya daha həssas edir. Yaşlılar arasında digər xroniki xəstəliklər də çox yayılır ki, bu da pnevmoniyanın şiddətli gedişini sürətləndirir.

Siqaret çəkmək ağciyərlərin funksiyasını pisləşdirir və onları infeksiyalara qarşı daha həssas edir. Bu şəxslərin pnevmoniyaya tutulma ehtimalı daha yüksəkdir. Alkoqolun təsiri altında olan şəxslər boğazlarına qida və ya maye qaçıraraq aspirasiya pnevmoniyasına yoluxa bilərlər. Xəstəxanada uzun müddət qalan və ya nəfəs aparatı ilə nəfəs alan şəxslərdə xəstəxanadaxili pnevmoniya riski yüksəkdir. Altsheymer, Parkinson və şəkərli diabet kimi xəstəlikləri olan şəxslərdə udmanın çətinliyi və ya pozulması ehtimalı var. Bu, qidanın və ya mayenin ağciyərlərə qaçmasına və nəticədə aspirasiyon pnevmoniyaya səbəb ola bilər.

Hamiləlik dövründə immun sistemi dəyişdiyi üçün qadınlar infeksiyalara qarşı daha həssas olurlar.

Bu risk qruplarındakı şəxslər üçün pnemoniya və qrip peyvəndi kimi qorunma tədbirləri, vaxtında müayinə və erkən diaqnoz çox önəmlidir. Bu tədbirlər xəstəliyin qarşısını almağa və ya erkən mərhələdə müalicəyə kömək edir.

- Pnevmoniya uşaqlara necə təsir edir?

- Böyüməkdə olan uşaq orqanizminin infeksiyalara məruz qalmaq ehtimalı var. Pnevmoniya uşaqlarda bir çox fərqli şəkildə təsir göstərə bilər. Bu da infeksiyanın növünə və uşağın yaşına, ümumi sağlamlıq vəziyyətinə görə dəyişir. Uşaqlarda pnevmoniyanın simptomları böyüklərdən fərqlidir və bəzən erkən mərhələlərdə digər respirator xəstəliklərlə qarışa bilər.

Uşaqlarda da ən çox görülən simptomlar böyüklərdəki kimi müşahidə ehtimalı var. Lakin bir sıra fərqli simptomlarla da özünü biruzə verməsi mümkündür. Xüsusilə kiçik uşaqlarda, bəzi hallarda pnevmoniya mədə-bağırsaq simptomları ilə də başlaya bilər. Bu, öskürək və nəfəs alma ilə birlikdə də görülür. Nəfəsalma zamanı uşaqların boğazlarında və ya üzlərində bir az qaşınma hissi, iştahsızlıq və halsızlıq da pnevmoniyanın erkən əlamətlərindəndir. Ağır pnevmoniya hallarında uşağın dəri rənginin solğunlaşması və dodaqların mavi (sianoz) rəng alması mümkündür. Bu da oksigenin düzgün paylanmaması ilə əlaqədar olur.

Uşaqlarda pnevmoniyanın törədicisi əsasən viruslardır. Viral pnevmoniya ümumiyyətlə daha yüngül olur, amma bəzən ağırlaşmalar yaşana bilər. RSV xüsusilə 2 yaşından kiçik uşaqlarda pnevmoniyanın ən çox görülən səbəblərindən biridir. Bakterial pnevmoniya Pnevmokok və ya “Haemophilus influenzae” kimi bakteriyalar tərəfindən yaranır. Bunun səbəbi, uşaqların tənəffüs sisteminin tam inkişaf etməməsi və daha yüksək metabolik tələbatlarının olmasıdır.

Erkən doğulmuş körpə, evdə siqaret tüstüsünə məruz qalan uşaqlar, ailə üzvlərində pnevmoniya və ya digər infeksion xəstəliklər olan uşaqlar risk qrupuna daxildir. Uşaqlarda pnevmoniya müalicəsi, xəstəliyin səbəbindən asılı olaraq dəyişir. Viral pnevmoniya antibakterial üsulla müalicə edilmir. Lakin simptomlar yüngülləşdirilə bilər.

Pnevmokok peyvəndi və qripə qarşı vaksin uşaqlarda bu xəstəliklərin qarşısını almağa kömək edir. Əllərin yuyulması və gigiyenik qaydalara riayət etməyi uşaqlara aşılamaq bakterial və viral infeksiyalardan qorumaq üçün vacibdir.

Əgər uşağınızda öskürək, yüksək hərarət, nəfəs alma çətinliyi və digər pnevmoniya əlamətləri varsa, dərhal həkimə müraciət etmək lazımdır. Erkən müalicə uşaqların tez sağalmasına və ağırlaşmaların qarşısını almağa kömək edir.

- Yaşlı insanlarda necə, pnevmoniyanın simptomları və gedişatı fərqlidir?

- Yaşlı insanlarda isə pnevmoniyanın simptomları və gedişatı əhəmiyyətli dərəcədə fərqlənir. Bu yaş qrupunda pnevmoniya, xüsusilə erkən mərhələlərdə, daha az müəyyən olan və ya qeyri-adi simptomlarla özünü göstərir. Bu səbəbdən, yaşlılarda pnevmoniyanı tanımaq və müalicəyə başlamaq fərqlidir.

Hərarətin olmaması və ya çox az yüksəlməsi ilkin diaqnostikanı yanılda bilər. Xüsusilə xroniki xəstəlikləri olanlar, ümumi halsızlıq, iştahsızlıq, həzm pozulmaları, yorğunluq və zəiflik hissi ilə pnevmoniyanı keçirirlər. Bu simptomlar bəzən pnevmoniyanı digər xəstəliklərlə (məsələn, yaşla əlaqəli ümumi yorğunluq və zəiflik) qarışdırmağa səbəb ola bilər. Yaşlılarda öskürək çox zaman daha zəif olur. Bəzi hallarda çox az və ya heç bir bəlğəm olmadan yalnız yüngül öskürək müşahidə edilir. Bəzən də zəif qavrayış, konfüzyon və ya yuxululuq ilə özünü göstərir. Bu, pnevmoniyanın orqanizm üzərində yaratdığı təsirə bağlı olaraq, bədən temperaturunun dəyişməsi və oksigen səviyyəsinin düşməsi nəticəsində meydana gəlir. Belə ki, bədəndəki oksigen səviyyəsi düşdükcə, qarışıq və ya dağınıq düşüncə halları ortaya çıxa bilər.

Yaşlı orqanizm təbii müdafiə reaksiyalarına daha yavaş cavab verir. Bu da müalicənin uzanmasına və komplikasiyaların yaranmasına səbəb ola bilər.

Bəzi hallarda rentgenoloji müayinələr və qan testləri vacibdir. Lazım olduğu halda antibakterial müalicə, oksigen dəstəyi, maye və antiviral müalicə tez başlanmalıdır. Erkən diaqnoz, müalicə və xəstəliyin qarşısının alınması vacibdir. Yaşlı insanlarda pnevmoniya şübhəsi yaranarsa, dərhal tibbi yardım alınması çox önəmlidir.

- Səssiz pnevmoniya nə deməkdir?

- Səssiz pnevmoniya pnevmoniyanın daha yüngül və ya qeyri-adi formasıdır. Bu növ pnevmoniyada xəstəlik daha az nəzərəçarpan, bəzi hallarda simptomsuz və ya az simptomlu olur. Yəni, adi pnevmoniyada müşahidə olunan öskürək, yüksək hərarət, nəfəs darlığı kimi əlamətlər olmaya və xəstə yalnız daha yüngül simptomlarla keçir. Bunun nəticəsində, xəstə özündə pnevmoniyanın olduğunu dərhal hiss etməyə və xəstəlik tez bir zamanda ciddi hala gəlmədən və ya ağırlaşmadan müşahidə olunur. Bu növ pnevmoniya xüsusilə yaşlılar, immun sistemi zəif olanlar və ya xronik xəstəliyi olan şəxslər üçün risklidir. Çünki xəstəlik çox vaxt gözə çarpmadığı üçün, diaqnoz gec qoyula bilər. Bunun nəticəsində, müalicə gecikir.

Hər hansı bir yüngül nəfəs darlığı, yorğunluq, öskürək və ya hərarət kimi simptomlar varsa, xəstənin diqqətlə izlənməsi vacibdir. “X-ray” və ya KT müayinəsi pnevmoniyanın varlığını və şiddətini müəyyən etməyə kömək edir. İltihab göstəricilərini ölçməklə, infeksiyanın dərəcəsini və bakteria,ya da viral olduğunu təxmin etmək, uyğun müalicə seçimi mümkündür.

- Əgər müalicə edilməzsə, pnevmoniya hansı fəsadlara səbəb ola bilər?

– Pnevmoniyanın müalicəsi gecikərsə və ya düzgün şəkildə aparılmazsa ağciyər çatışmazlığı (respirator çatışmazlıq), sepsis (qan zəhərlənməsi), ağciyər absesi, plevrit, tənəffüs çatmazlığı, bəzən aspirasiya pnevmoniyası, xüsusən bakterial pnevmoniya olduqda, ağciyərlərdə daimi zədələr, ağciyərlərin xroniki obstruktiv xəstəliyi və ya astma kimi uzunmüddətli tənəffüs problemlərinə yol aça bilər.

– Pnevmoniya nə qədər müddətə sağalır və tam sağalma mümkündürmü?

– Pnevmoniyanın sağalma müddəti və tam sağalma prosesi bir çox amildən, o cümlədən pnevmoniyanın növü, xəstənin ümumi sağlamlıq vəziyyəti, yaş qrupu, xroniki xəstəlikləri və müalicənin vaxtında başlanmasından asılıdır. Müalicə olunduqda, antiviral dərmanlar ilə yüngül pnevmoniya ümumiyyətlə 1-2 həftə ərzində sağala bilər. Daha ciddi və ağır pnevmoniya hallarında, xüsusilə bakterial pnevmoniya və ya sepsis kimi komplikasiyalarla müşayiət olunan hallarda, sağalma müddəti 4-6 həftə və ya daha uzun olur. Bu cür vəziyyətlərdə xəstənin xəstəxanada müalicəsi, intensiv terapiya və oksigen dəstəyi lazımdır. Gənc və sağlam insanlarda pnevmoniyanın müalicəsi adətən daha sürətli və asan olur və onların tam sağalma şansı daha yüksəkdir.

Əgər pnevmoniya vaxtında müalicə edilərsə və ağırlaşmalar olmazsa, əksər insanlarda tam sağalma mümkündür. Yüngül və orta şiddətli pnevmoniya, müvafiq müalicə, istirahətlə tam sağala və xəstələr normal həyatlarına qayıda bilərlər.

Sağalmadan sonra bəzi xəstələrdə bir müddət yorğunluq və fiziki zəiflik müşahidə olunur. Bu, ümumiyyətlə təbii bir bərpa mərhələsidir, bir neçə həftə və ya ay ərzində tədricən azalır. Ağır pnevmoniya keçirən insanlar bəzən nəfəs məşqləri və fizioterapiya ilə ağciyər funksiyalarını bərpa edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://bakivaxti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see113

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see113

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see112

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see112

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see111

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see110

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see110

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see110

Pakistanla strateji tərəfdaşlığın hədəfləri

19 Fevral 2025 08:08see110

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırladı

19 Fevral 2025 10:50see110

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see109

Xanım sürücünün maşınını təpiklədi

19 Fevral 2025 12:06see109

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see108

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see108

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see107

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see107

Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...

20 Fevral 2025 12:54see107

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see107

Bunu etsəniz ömrünüz daha uzun olacaq

20 Fevral 2025 08:16see106

525 ci qəzet DYP: Havanın dəyişməsi fəsadlara səbəb olub

19 Fevral 2025 18:55see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri