Icma.az
close
up
RU
“Poetik həqiqət”in fəlsəfi anlamı

“Poetik həqiqət”in fəlsəfi anlamı

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Poetik həqiqət” ifadəsini filosof və şair dostum, istedadlı hesab etdiyim Arzu Əsəddən eşitmişəm. Haqqında bir az danışdı. Çox maraqlı təsir bağışladı. Ayrıca izahına ehtiyac hiss etdim.

Poeziya o qədər əsrarəngiz mənəvi fenomendir ki, hələlik tam anlamı mümkün olmamışdır. Onun saysız-hesabsız məcazları vardır. Onlar poetik və emosional təfəkkürün süzgəcindən keçib şeirlərin sətirlərindən boylanırlar. Fəlsəfə və ya elmin sərt rasional məntiqindən “son anda sürüşüb qurtulurlar” – filosof elə bilir ki, dərk etmişdir, lakin bunu düşünən kimi poeziya qarşısına yeni “bilimsizlik sürprizi çıxarır”. Əsrlərdir ki, sanki fəlsəfi təfəkkür poetik həqiqəti axtarır və hərdən sual edir: “səni necə dərk edə bilərəm?”

Lakin... fəlsəfə heç də bədbin deyildir, onun axtarışı davam edir. Özü də poeziyaya aid hər kitabda, o kitabdakı hər sətirdə gizlənmiş mənanı axtarmaqdan, onu “aləmə faş” etməkdən yorulmur. Əlinizdə tutduğunuz hər bir şeir kitabı da istisna deyildir. Onun öz “həqiqəti” var. Sətirlərinin “dili” və şeirə aid olma “ritmi” var. Sözlərin məntiqi ilə “emosiyası”nın özünəməxsus ortaq ritmi sətirlərdə “yaşayır”. Bu ortaq ritm fərqli mənalandırıla bilər. Çünki onun kökündə bir fərdiyyətlilik, şəxsiyyətlilik, özünü və dünyanı duymaq özəlliyi dayanır. Bədii ritmlərdə insanın yaşam anlamı, məntiqi ilə emosionallığının nisbətinin özünəxas duyumu vardır.

Maraqlıdır: dərin (qəlbi) emosional yaşantı sözdə necə “acı”laşır, “şirin”ləşir, “pümhanlaşır”, “məsumlaşır” və ya “qərəzləşir”? Üstəlik, bu “söz obrazları” bir sətirdə qafiyələşə bilirlər! O sətirlər də daha üst mənəvi qatda birləşib, daxili yaşantının füsunkar şeir portretini yaradırlar?

Nümunələrə baxaq.

Nəsimi özündə iki cahanı “sığışdırır, lakin həm də bu cahana sığmır” deyir, bizlər haqlı olaraq poetik fikrin füsunkarlığı, vazkeçilməz cazibədarlığı sahəsinə düşürük.

Nizami “Sənsiz”i ilə tənhalığın, həsrətin mükəmməl poetik semantikasının bütöv obrazını yaradır.

Füzuli bir “heyrət” kəlməsindən gözəlliyin empatiyası ilə simpatiyasının “ilahi heykəli”ni yaradır.

Hüseyn Cavid “sürüklənən bəşəriyyət qadınla yüksələcək” deyib, ümumiyyətlə, insan övladının ekzistensiyasının böyük fəlsəfəsini ortaya qoyur.

Məmməd Araz “Vətənin qayasında mamır olmağın” poetik həqiqətini elə açır ki, şeiriyyətin nüfuzetmə gücünü açıqca duyursan!

Zəlimxan Yaqub gözəllik, yurd bağlılığı, Vətən sevgisi və türk kimliyinin elə harmoniyasıdır ki, illər keçdikcə daha parlaq görünür!

Ramiz Rövşən qadın geyiminin rəngini sözlərdə elə poetikləşdirmişdir ki, sanki insan taleyinin incə naxışlarını olumla ölümün “məna sərhədində” “toxuyur”.

Ramiz Qusarçaylı Vətən tarixinin keşməkeşlərinə özünün daxili poetik yaşantılarını elə “qatır” ki, Vətənsevərliyin, Azərbaycançılığın möhtəşəm heykəli göz önündə canlanır!

Siyahı nəinki tam deyil, Azərbaycan poetik düşüncəsi sahəsinin çox kiçik bir fraqmentidir. Lakin bunların hər biri bir anlam zirvəsidir, poetik həqiqətin inciləridir. Azərbaycan poetik təfəkkürü o qədər zəngin, təkrarolunmaz “həqiqətlər”lə doludur ki, kimsənin onu tam əhatə edə biləcəyi imkansızdır. Ancaq buna inam da poetik həqiqəti başqa bir yöndən anlamağa ip ucu verir!

Burada şeirliyin ifadə səviyyəsindən, məcazın məna gücündən və ifadə tərzinin “şahanəlik” dərəcəsindən asılı olmayaraq poetik həqiqətin ümumi xüsusiyyəti üzərində düşünmək intensiyası yaranır. Onun işığında fəlsəfi həqiqətlə poetik həqiqətin fərqinə varmaq “mənəvi iştahı” yaranır. Burada fəlsəfi və ya poetik təfəkkürə sığal çəkən məntiqi-emosional rakursda izah fikrindən uzağıq. Çünki bu, çox çətin məsələdir. Yalnız bir məqam üzərində dayanmağa çalışacağıq.

Fəlsəfə rasional-məntiqi səviyyədən emosional səviyyəyə keçidlə xarakterizə olunur. Poeziya isə əksinə, emosional-duyğusal aləmdən rasional-məntiqi səviyyəyə “yürüş edir”. Fəlsəfi müddəalar soyuq məntiqdən “yoğrulur”, strukturlaşır, müəyyən forma və məzmun alır. Poetik ifadələr isə “emosional harmoniyanın” məntiqin süzgəcindən keçərək sözdə tərənnümüdür. Burada fərdi, şəxsi, özəl motivlər güclüdür. Poeziya bunsuz mümkün deyildir. Fərdi xarakterli motivlər şeirin qafiyələnməsində, sətirlərin bəndlərdə “rahatlanmasında” və bəndlərin vahid “şeiriyyət mühitini yaratmasında” əsas rol oynayırlar. Buna görə də “poetik həqiqət” fenomeni emosional-duyğusal aləmlə rasional-məntiqi strukturun semantik kəsişmə sahəsində əmələ gələn mənalardır.

Şeirə qiymət verərkən, əlbəttə, çox sayda xüsusiyyətləri nəzərə almaq lazımdır. “Adi şair”, “normal şair”, “şair deyil”, “dahi şair” və digər qiymətləndirmələr buradan qaynaqlanır. Lakin, bizcə, şeiriyyətə elə bir baxışın da haqqı vardır ki, insan, fərd, şəxs və onun özü ilə dünya arasında münasibətləri özəl yaşantı kimi təqdim etmək istəyini önə çəkir.

Şərti desək, “bu mənalar zonasında” sözün hər bir döyüntüsü, sətirin hər bir anlamı və bütövlükdə şeirin mənası arxasında bir qəlbin, düşüncənin, duyğunun ritmi vardır.

Axı, hər bir insan bir dünyadır! Bəlkə də şeirdə o dünyanı, onun özünəməxsusluğunu heç bir rasional-məntiqi və “peşəkar şeiriyyət” axtarışı aparmadan sadəcə, duymaq, onunla ahəngdarlıqda empatiya etmək daha dəyərlidir.

Şərq təfəkküründə özgəsini öz gözü ilə görmək qayəsi ciddi yer tutur. Bəşəriyyətin əsrlərlə üzləşdiyi faciələrin, fəlakətlərin, dağıntıların “astar üzü”ndə bəlkə elə bu başqasını, sadəcə, insan kimi duymamaq canatması kök salmışdır? Qarşındakını Allah bəndəsi kimi görə bilmək üçün empatiya ilə simpatiyanın vəhdətinə nail olmağa yol göstərən idraki pozisiyan olmalıdır.

Şərq müdriklərindən birinin çox gözəl hesab etdiyim bir deyimi vardır: “hara getsən də orada özünü görəcəksən”! Başqasının poeziya dünyasını duyaraq görməyin özü “poetik həqiqətin vicdanı” deyilmi? Bəlkə də belədir! Hər halda, şeiriyyətdə özünü tapan “həqiqətlərə” bir də bu mövqedən baxaq!

Füzuli QURBANOV,
fəlsəfə elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri