Icma.az
close
up
RU
POETİK BƏNZƏRSİZLİK (Elxan Zalın poetik yaradıcılığına bir baxış)

POETİK BƏNZƏRSİZLİK (Elxan Zalın poetik yaradıcılığına bir baxış)

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Firuz Mustafa,
fəlsəfə elmləri doktoru, əməkdar incəsənət xadimi

Əsl poeziya həmişə heyrətlə və ... müqavimətlə qarşılanır.
Əsl poeziya aysberqə bənzəyir, onun görünməyən tərəfi görünən tərəfindən çox olur. Əsl poeziya qəfil meteor kimi parıldayıb ətrafa işıq saçır.
Əsl poeziya həmişə yenidir, həmişə orijinaldır, həmişə təkrarsızdır.
Əsl poeziya poetik hadisə olmaqla yanaşı pozitiv hadisədir .
Söhbət əsl poeziyadan gedir:
Gümüş gülüş cingiltisi
Rəqs eləyir, rəqs eləyip.
Yaz yağışı gülüşləri
Nəm asfalta nəqş eləyir.
Gözlənilməzdir. Burada təkcə “gülüşləri nəm asfalta nəqş eləyən” yaz yağışı və ya “gümüş gülüş cingiltisi” deyil, bütövlükdə şeirin ruhu, qayəsi, strukturu orijinaldır.
Qorxulu bir səhər olsa
Baxışından bezmərəm.
İslanmış kəlmələr olsa
Yağışından bezmərəm.
Heyrətdoğurandır. Burada artıq yağış tamam başqa “rəngdə” təqdim edilib. Misal çəkdiyim misraların müəllifi Elxan Zal Qaraxanlıdır. Elxanın şeirlərində bütöv bir zaman var və həmin bütöv zamanda tarixlə müasirlik qoşa addımlayır. Oxucu həmin şeirlərdə, hətta ayrıca götürə biləcəyimiz bir parçada, həm döyüş atlarının kişnərtisini eşidir, həm də “supermarket vitrinindən yal oynadan ayğırları” bir poetik obraz kimi görə bilir.
Elxanın şeirlərindəki, təşbeh, metafor və bənzətmələrin əksəriyyəti təzədir desək, məncə mubaliğəyə yol vermiş olmarıq. “ Üfüqdə mələk xorunun dəstələnməsini”, “qan içmiş nar bağlarının xəstələnməsini”, “ləhləyən işıqların yerə dəyən dillərini”, “ araba yedəyindəki yorğa günün tüstüsünü”, “yalqız berkut uçuşunun yaddaşın tozlu küncündə yatmasını”, “sahilə qoşun çəkən dalğalrın marşalını”, “göy üzünə qarmaq atan dəlilərin tutduqları balıqları”, “o dünyaya turist yığan xərçəng, infarkt... və bıçağı”, “ağacların kölgəsində yatan bürkünü”, “insanın könlünə rəng-rəng süzülən qübbəli səmanın mavi yuxusunu”, “şəhərdən məktub gətirən interneti və ləpələr üstündə uyuyan rüzgarı”, “göy altındakı türk hamamı boyda dənizi”, “ölən günü çimizdirən türk qızlarını”, “parkların qısır” və ya “balıqların pullu kölə” olduğunu ... yalnız Elxanın şeirlərində görmək olar. Ən maraqlı cəhətlərdən birisi budur ki, haqqında söz açdığım şairin şeirlərində sözlər, ifadələr sanki yan-yana yox, iç-içə, bir-birinə pərçimlənmiş şəkildə təqdim edilir. Yəni həmin şeirlərin poetik arxitekturası elədir ki, buraya hörülmüş ən kiçik “tikinti materialını” - ən adi sözü belə, yerindən tərpətmək qeyri-mümkündür. Hətta, belə bir cəhddə bulunmaq bu yazıların təkcə zahiri “dizaynını” yox, ümumi ansamblını da pozmağa gətirib çıxara bilər.
Tarix, mif, yaddaş Elxanın şeirlərindən bu günümüzə boylanır. Müəllif öz poetik yaradıcılığında tez-tez inanclara, qədim yazılara, dualara, gil kitablara müraciət edir. Və bu şeirlərdə bu fenomenlərin hamısı təzə ritmdə, yenı spektrdə təqdim edilir. Bəziləri Elxanı, daha doğrusu, onun şeirlərini sırf “türküçülük” müstəvisində təqdim edirlər. Düzdür, onun şeirlərində türk ruhunun qabarıq şəkildə nəzərə çarpmasını, təzahürünü heç cür inkar etmək olmaz. Amma orasını da unutmaq olmaz ki, bu poetik parçalar həm də tarixin hiss və həyəcanlarını öz ruhunda, öz qanında-canında yaşadan müasir insanın sistemli və ya sistemsiz, nizamlı və ya xaotik düşüncə qırıntılarının bənzərsiz inikasıdır. Yəni dediyim odur ki, bütün bunlar heç də tarixə adi, seyri, ənənəvi və ya “dəbdən gələn” baxış deyildir. Elxan öz yazıları ilə bir-birindən ayrı düşmüş zamanları və hətta, məkanları belə, bir məxrəcə gətirməyə çalışır. Yəni bu şeirlərdə zaman bütövdür, vahiddir, tamdır.
Turan çöllərindən gəmilər gəlir,
baku baxışlardan boylanır Bakı,
kitabı gilləşən cəng səsi yatmış,
dalğa atlarının kişnərtisində.
gözləmə gözəldi, gözlənən olsa,
dumanlı duyğular yanğı nallayır,
baku baxışların mamırlığında,
yakut təbəssümlü maral otlayır.
dayanıb gövşəyir gəmi karvanı,
ağ keçə üstündə ağnayır liman,
bozqır həsrətinin sərhədlərini,
kömrük tamğasıyla bağlayamazsan.
dalğalar sahilə baxır, dikməmə,
ötələr, Ötükən civarındadır.
badam baxışıyla can yaxan bikə,
qımız duyğuları köpükləndirir.
otel balkonundan alaçıq baxır,
bikə barmaqları isti və narın,
bozqır həsrətinin gil kitabları,
köksünə yazılıb ər oğlanların.
Mən burada Elxanın “Həsrətin gil kitabları” adlı şeirini bilərəkdən, bütöv şəkildə, dediyim fikirlərə illüstrasiya kimi təqdim edirəm. Əgər oxucu diqqətlə fikir versə görər ki, Elxanın şeirlərinin təkcə sintaksisi deyil, elə “morfologiya” və “leksikası” da yenidir. Mənə elə gəlir ki, Elxan Zal öz yazılarında bəzən bilərəkdən bu gün az işlənən, “arxaik”, bəzən az qala tamam unudulmuş, bəzənsə tamamilə “yad” söz və ifadələr işlədir. Mən bunlara təbii hal kimi baxıram. Çünki bu söz və ifadələrin əksəriyyəti mövcud poetik məntiqin qaçılmazlığından dolayı yeni düşüncə dövriyyəsinə cəlb olunur. Və elə həmin zərurətdən qaynaqlanan, qanadlanan anlamların bir coxu həssas işarə və sirli simvollarla zəngindir. Bundan başqa, həmin “yad” sözlər təfəkkürümüzün alt qatlarında “gizlənmiş” doğma duyğuların tanış “izləridir”. Elxanın məşhur “Torqovı peyzajı” şeiri başdan-başa bənzətmələrinin bənzərsizliyi ilə zəngindir.
bura nə Parisdir, nə Sidney,
bura heç Dakar deyil.
adam nə iş tapa bilir özünə,
nə də ki, bekar deyil.
reklamların işıqları,
rəngli kombinezon geyir.
urussayaq akkordeon,
gələnlərə bonjur deyir.
sel kimi axır izdiham,
meydan top model sərgisi.
qonub eşqli dodaqlara,
boyalı reklam şərqisi.
daş cəngəllik səhnəsində
rejissorsuz bir teatr.
bura bizim Brodveyimiz,
bura bizim Monmartr.
“Polonez” poeması isə təkcə Elxanın deyil, bütövlükdə poeziyamızın uğuru hesab olunmalıdır. Poema öz daxili dinamizmi, dramatizmi, sürəkliliyi ilə yadda qalır.
Mən sözümün əvvəlində qeyd etdim ki, əsl poeziya həmişə heyrətlə və ... müqavimətlə qarşılanır. Elxanın yazılarının doğurduğu birinci assosiasiya (heyrət) haqda qismən söz açdıq. Amma onun poeziyasını üzləşdiyi müqavimət haqda ətraflı danışmaq fikrindən uzağam. Yox, burada nəşrlə, çapla bağlı “müqavimətdən” söhbət gedə bilməz. Çünki Elxanın yazdıqlarının çoxu “müqavimətsiz” qaydada oxuculara təqdim edilir. İndiki halda qısaca onu demək olar ki, burada söhbət başqa “müqavimətdən” gedir, bu şeirləri qavrama, dərk etmə, yaşama, anlama... problemindən.
Niyə gizlədim, Elxanın şeirlərini bəzi hallarda təkcə “adi statik” oxucu deyil, hətta, “peşəkar” söz adamları da lazımi səviyyədə dərk və ya qəbul edə bilmirlər. Bu, bəlkə də müəyyən mənada müəllifin xeyrinədir. Axı, düzünü demək lazımdır, (bəzən) bəzi əsərləri başa düşmək, qəbul etmək üçün müəyyən hazırlıq da tələb olunur. Bu, sırf akademik elmi hazırlıq olmasa da belə, hər halda müasir oxucuya gərək ola biləcək qavram hazırlığıdır. Pafosdan uzaq olan, haray-həşir qoparmaq iddiasında bulunmayan bu şeirlərin oxucusu, məncə, əsasən, geniş intellekt, dərin düşüncə, incə zövq adamlarıdır. Yaxşı ki, Elxan Zalın şeirlərinin bu və ya digər məziyyətləri barədə ədəbi aləmdə bir sıra görkəmli söz sahibləri layiqli söz və fikirlər söyləyiblər. Bunlardan xalq şairi Vaqif Səmədoğlu və xalq yazıçısı Elçinin, görkəmli alimlərimizdən Nizanı Cəfərov və Arif Əmrahoğlunun, publisist Rəşad Məcidin, yazıçılardan Elçin Hüseynbəyli və Əyyub Qiyasın, tənqidçilərdən Vaqif Yusifli və Əsəd Cahangirin, şairlərdən Rasim Qaraca, Murad Köhnəqala, Çulpan Zərif və Səlim Babullaoğlunun adlarını çəkmək olar. Nəhayət, bir daha vurğulaya bilərəm ki, Elxan Zalın poetik aləmi, poetik üslubu öz bənzərsizliyi ilə seçilməkdədir. Mən bu yolda ona daha böyük uğurlar arzu edirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 Aprel 2026 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri