Icma.az
close
up
RU
Poetik ithaflar

Poetik ithaflar

525.az saytına istinadən Icma.az xəbər verir.

Nəriman QASIMOĞLU

ANAR-88

Səksən bin ər gördümsə, səksənmədim... (Kitabi-Dədə Qorqud)

3+1=1

Sevimli yazıçım, əzizimiz Anar müəllimin portretini çəkməyə çalışıram...

dillənir

duyulmur

danlanır

duyğulanır

damlalanır

dəryalanır

dalırlar

durulurlar

düşünürlər

buxarlanır

buludlanır

baxırlar

ANAR - ÇAXMAQ QAYA

Daş kimi tulazlar sənə sözünü

kefi kəm, işi kəm kəmfürsət qoçaq.

Dayanıb bərəldir çaşqın gözünü

səndən sıçrayanda nur saçaq-saçaq.

Zəhərli dilini haçalandırır,

qoyur sözlərini bu sapandına.

Səndən qığılcımlar qopub qandırır

ətrafı, o sənə söz atan anda.

Sən də ki, bir çaxmaq qayasan axı...

Alayı aləmdir qığılcımların -

səndən birər-birər cövlana qalxır,

uçur, ulduz-ulduz göyə sancılır...

SƏNİNKİDİR

Qasım Qasımzadəyə

Baxıram dünyaya sənin gözünlə,

harda işıq varsa iz səninkidir.

Baxışlarım dan yerinə od saçır -

zülmətə köz salan göz səninkidir.

Oldum sərnişini nur gəmisinin,

bu da meracıdır eşq dəlisinin,

Rəbbimin ən gözəl təcəllisini

görürəm, qarşımda üz səninkidir.

Ruhun ucalarda şad olsun deyə

oxu, nələr vermiş Tanrı bəndəyə,

mən yerdən göylərə yüksələn ayə -

üstündən qalxdığım miz səninkidir.

Dar eylərəm qaranlığın yerini,

zülmət dələn taleyim bir mərmimi,

sən özün cəm eylə qəlpələrimi,

göyə ulduz-ulduz düz, səninkidir.

Mən hicran qənimi, vüsal dəmiyəm,

içirəm ruhundan, dəmlər dəmiyəm,

tənimlə badəyəm, ruhumla meyəm,

içəlim bu meyi, süz, səninkidir.

Yerişim, duruşum, qaçışım səndə,

həvəsim, ilhamım, uçuşum səndə,

göylərin, yerlərin Rəbbi önündə

səcdəyə gedirəm, diz səninkidir.

Canın canımdadır, qanın qanımda,

ayrılmaz ruhlarıq Tanrı yanında,

qiyamət günündə, məhşər anında

sənsən şəfaətçi, söz səninkidir.

BİRİ MƏNDƏN KEÇİR O SƏTİRLƏRİN...

Sevimli yazıçımız Elçinə

Səni bir sətirtək yazmış ömrümə,

Həmd olsun Tanrıya, kəlməsi gözəl!

Zillərəm gözümü Tanrı əmrinə,

Bəzəyi, naxışı, ilməsi gözəl.

Salıram yadına bir dar macalı,

Min şükür, uğurla sınandı baxtım.

O sətrin içindən göyə ucalıb

Tanrıya uzalı əlimi sıxdın.

"And olsun qələmə, yazdıqlarına",

Ulduztək parladır yurdumda səni.

Bir yazar işığı düşür yarına,

Sökülür dan yeri nurundan sənin.

Bax necə şəfəqlər göyə sərilir,

Enir sətir-sətir ağ vərəqlərə.

Biri məndən keçir o sətirlərin,

Qoşur məhrəm-məhrəm al şəfəqlərə.

İŞIQ ADAM

Xatirəsini hər zaman əziz tutduğum Xalq yazıçısı Hüseyn Abbaszadə ilə görüşlərimizin birinə ona həsr etdiyim belə bir şeirlə gəlmişdim

Bu da alayı möcüzə -

işıq adam.

Nur bağışlar baxan gözə

işıq adam.

Yox iblisə ayaq yeri,

çilçıraqdı həndəvərim,

ətrafda nur ləpirləri -

işıq adam.

Uçurur qara sədləri -

qalır altında dərdlərim.

Kölgədə qoyur bütləri

işıq adam.

Meracdanmı dönüb gəlmiş,

zülməti söndürüb gəlmiş,

Allahdandır, enib gəlmiş

işıq adam.

EŞQ ELÇİSİ

Vaqif Bayatlının portreti

Sən də oldun eşq elçisi,

yükün nə gözəl!

Göy üzündə süzür ruhun,

peykin nə gözəl!

Bu eşq alayı bir yazı,

dərgahdan gəlir avazın,

açırsan Tanrı qapısın -

ərkin nə gözəl!

Hey uçursan könlümə tuş,

mələklər sevgindən bihuş,

bu nə qanad, bu nə uçuş -

halın nə gözəl!

Qəlbindən nur qəlbilənir,

yanağında ləpələnir,

başında nur təpələnir -

halən nə gözəl!

SU SƏPİR ARXANCA GÖZLƏRİM

Tamara Ələkbər qızının əziz xatirəsinə

Sıcaq-sıcaq xatirələr oyanır,

ruhun qonaq gəlir bizə qəfilcən.

Canım, tənim sənli-sənsiz hey yanır -

dodağın alnımda hərarətölçən.

"Sənə maman qurban" nəvazişlərin

qopur dodağından bir dua kimi,

göylərdən içimə dolub səslənir

cənnətdən ucalan bir səda kimi.

Azarım, dərdlərim yox olur bir an,

gözümə nur gəlir, dizimə taqət,

üzülür ayağım yerdən nagahan,

ruhummu bu yüngül qanadlı xilqət.

Bu addım səsləri mənə bəllidir,

işdənmi qayıdıb gəlirdin yenə,

doğma bir həsrətlə qulaq kəsildim

qapıya saldığın açar səsinə.

Qoyduğun nə varsa qalıbdır bizdə,

səliqə-sahmanın, qabın-qacağın.

Plovun dəmdədir ocağın ustə,

sən özün süfrə aç bu axşam çağı.

Evin hər küncündə bir mələk bitir,

gəlib əyləşirlər süfrə başında,

açdığın süfrənin bərəkətidir -

göylər bu məclisin tamaşasında.

Şənlik sona yetir məclisimizdə,

hər ruh öz səmtilə uçub qeyb olur.

Bura sənin evin, qalsana bizdə -

tutmuşam əlindən, gözlərim dolur.

Çıxırsan qapıdan, əlim yellənir -

Allah amanında, yaxşı yol sənə!

Enirsən ehmalca pilləkənləri,

su səpir arxanca gözlərim yenə.

ƏLVİDA, AMAZONİYA

1967-ci ildə Yunanıstanda hakimiyyəti ələ keçirmiş "qara polkovniklər"in qənimi, nüfuzlu tribunalardan xuntaçıların beynəlxalq təcridinə səsləyən alovlu nitqləri, xunta əleyhinə partizan hərəkatının təşkilində göstərdiyi xidmətlərə görə məşhurlaşmış yunan qızı Xanım Maria Becketə

Canım bədən, gözüm bədən,

almışam səni caynağından vətənin,

daşıyıb gətirmişəm Amazoniyaya

sürüyə-sürüyə,

sallada-sallada

səni, zavallı bədəni.

İndi sən dəmi

nə əcəb, nə gözəl,

altından çaylar axan bu yerlərdə

ağaclarla danışırsan,

dindirirsən otları, çiçəkləri.

Vəhymi daşıyır sənə

lal gecənin əfsunu,

çəkirsən yorğan-yorğan yarpaqları üstünə,

qulaqların səssizliyə şəklənir.

Könlün nəğmə oxuyur

ruhların lisanında,

yuyunursan qəfil yay leysanında,

yüngülləşir, uçursan,

ruhlaşır, ruhlaşırsan.

İndi sən Həvvadan öncəki hal,

mən Adəmdən.

Baxırıq yer üzünə

Amazoniya göylərindən.

Nə möhtəşəm bir əhval!

...Fəqət yenə o ağac,

yenə o kor nəfsimiz,

yenə o qüdsal günah,

yenə o ali tənə,

yenə o saf izdivac,

yenə yola düşürük

cənnətlərdən vətənə.

Göylərdə şəkillənən

bir qoşa ruhun əksi

düşür, düşür, qarışır

cənnətlərdə suların

qarışdığı bir çaya.

Əlvida, Amazoniya!

Əlvida, Amazoniya!

Braziliya, Manaus - Sao Paulo

16-23 iyul, 2006

ŞUŞA: PRELÜD, POSTLÜD

Qarabağ döyüşlərinin qəhrəman

şəhidlərinə, qazilərinə ithaf

lll

Bu da bir taledir payıma düşüb -

Şuşasız günləri yaşamaqdayam,

özüm öz dərdimin hayına düşüb

hüceyrə-hüceyrə aşınmaqdayam.

Ağzım dualıdır, ürəyim dolu,

zillənib gözlərim o uca taxta.

Tanrı dərgahına uzanan yolu,

onsuz necə gedim bu qara baxtla?

Baxışı cığıra, yola dikili

Şuşam səni bəklər bozqurdum mənim,

di atıl qabağa cumaq irəli,

itirib səmtini başsız bədənim.

Şuşasız qalmışam mən günüqara,

nə yaxşı susmayır, sızlayır yaram.

Qoymaram ürəyim dönə məzara,

qoymaram bu dərdi ölə basdıram.

Bu yanğı sönməz də köz olub qalar

içimdə, bu dərddir məni isidən.

Şuşa bir xitabət kürsüsü olar,

söylərəm son sözü həmin kürsüdən.

1993

lll

Közərdi, sönmədi bu dərd, ölmədi

küllənən könlümdə illərdən bəri.

Üfürdün, alışdı, yaxdı zülməti,

ilıq nəfəsinlə açdım səhəri.

İlahi, həmd olsun, danışan məndim,

məndəydi o kürsü, bu mənə şükür.

Ayəti-kürsünə qarışan məndim,

enmişdim Şuşaya, kəlmənə şükür.

Dan yeri nuruna qarışdı haləm,

məsh çəkdi gözlərdə yazılan himnə.

Müdhiş bir mənzərə... zilləndi aləm

hüceyrə-hüceyrə hərflənən mənə.

Yazıydım, duaydım... bilmədim necə

qəfil havalandı söz güllələrim,

durduğum kürsüdə məni müstəcəb

eylədi avtomat zəngulələri.

Nə gözəl söylədim o son sözümü,

gəldi əks-sədası göylərdən, şükür.

Tanrıya tutmuşam indi üzümü,

Ondan varlığıma bir hüzur çökür.

2021

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2026 21:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see273

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see258

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see257

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see253

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see245

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see244

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see235

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see229

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see228

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see225

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see216

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see216

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see214

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see205

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see203

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see199

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see192

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see179

Mənə soyuq dəyib Tibdə bu diaqnoz varmı?

24 İyun 2026 21:49see171

Ölümcül istiyə görə təcili hərəkətə keçin ÜST rəhbəri

24 İyun 2026 17:49see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri