Icma.az
close
up
RU
“Pokrovsk: döyüşün dönüş nöqtəsi“ Qərb mətbuatı

“Pokrovsk: döyüşün dönüş nöqtəsi“ Qərb mətbuatı

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Şəhərin taleyi Donbas cəbhəsinin gələcəyini müəyyən edə bilər..."

Hücum dayanmayıb, yalnız temp dəyişib

ISW, "Deutsche Welle" və digər analitik nəşrlərin yazdıqlarına görə, Rusiya ordusunun Pokrovsk istiqamətində hücumunun tempi bir neçə gün zəifləyib, lakin bu, müvəqqətidir. Rusiya qoşunları logistikanı genişləndirir, yeni canlı qüvvə və texnika gətirir və yaxın günlərdə hücumun yenidən sürətlənəcəyi gözlənilir.

Ukrayna tərəfi bildirir ki, Rusiya kiçik hücum qrupları ilə şəhərə sızmağa çalışır: hər dəfə 2 nəfərlik qruplar 5-10 dəqiqə fasilə ilə irəliləyir və beləliklə, xəttin zəif nöqtələrini taparaq şəhərə daxil olurlar. Eyni zamanda şəhərə hər gün onlarla idarəolunan aviasiya bombası (КАБ) atılır - bəzi günlərdə bu say 70-ə qədər yüksəlir.

Ukraynalı hərbçilər etiraf edir ki, Pokrovsk artıq ön xəttdən daha çox döyüş meydanına çevrilib. Logistika çox çətin olsa da, tam dayanmır - sursat çatdırılır, bölmələr mövqelərini qoruyur.

Şəhər daxilində döyüşlər: ev-ev, küçə-küçə mübarizə

Ukraynanın "Şərq" qruplaşması bildirir ki, Pokrovskda axtarış və zərbə əməliyyatları davam edir - müdafiəçilər Rusiya qoşunlarını aşkar edib məhv edir, evləri rus diversantlarından təmizləyir. Xüsusi diqqət rus dron heyətlərinin məhv edilməsinə yönəlib.

"Radio Svoboda"-ya danışan ukraynalı hərbçi Andrey bildirir ki, Rusiya  ordusu ön xəttdə "insan dalğası" taktikası tətbiq edir: "Onlar inanılmaz sayda canlı qüvvə itirir. Dörd ayda biz 2 min rus əsgərini öldürmüş və ya yaralamışıq".

DW və ZDF yazır ki, Rusiya  qoşunlarının əsas hədəfi Pokrovsk və Mirnoqradın logistika yollarını kəsməkdir. Əhalinin böyük hissəsi artıq şəhəri tərk edib və bu, rus ordusunun irəliləməsini asanlaşdırır.

Əgər Pokrovsk düşərsə: iki mümkün ssenari

DW, ZDF və Qərb analitiklərinin qiymətləndirməsinə görə, vəziyyət kritik həddə çatıb. Rusiya son günlərdə şəhərə yüzlərlə əlavə hərbçi göndərib və şəhərdə möhkəmlənməyə başlayıb.

Analitiklər xəbərdarlıq edir: Pokrovsk düşərsə, şəhər Rusiyanın regiondakı əsas hərbi bazasına çevriləcək; çoxmərtəbəli binalar və sıx tikili, minlərlə əsgərin gizlənməsi üçün əlverişlidir; Ukrayna bölmələri Konstınovka və Kramatorsk istiqamətinə geri çəkilməli olacaq.

Ekspertlərin qiymətləndirdiyi iki ssenari:

1. Putin bunu "qələbə" kimi təqdim edib Ukrayna və Qərbə siyasi təzyiq göstərəcək.

2. Hücum davam edəcək - növbəti hədəflər Kramatorsk, Slavyansk və hətta Dnepropetrovsk vilayəti ola bilər.

Avstriya ordusunun polkovniki Markus Raysner bildirir: "Ukrayna şəhəri tərk etmir, çünki arxada yeni müdafiə xətti hazırlamaq üçün vaxta ehtiyacı var". Analitiklərin ümumi qiyməti: şanslar 50/50-did. Ukraynanın imkanları var, lakin Rusiyanın əsas üstünlüyü
insan resursudur.

Pokrovsk bu gün Donbas cəbhəsinin ən kritik nöqtəsidir. Ukrayna şəhəri qorumağa çalışır, ev-ev mübarizə aparır. Lakin Rusiya say üstünlüyü və aviasiya bombaları ilə hücumu davam etdirir. Bu şəhərin taleyi yaxın günlərdə Donbasın gələcək xəritəsini dəyişə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2025 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri