Icma.az
close
up
RU
Polad Həşimov sağ olsaydı... Generalın xanımı

Polad Həşimov sağ olsaydı... Generalın xanımı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Xatırlayıram, gecə saatları idi, Bakının küçələrindən coşğulu insan səsləri gəlirdi. Telefonum ard-arda zəng çaldı. Dedim, xeyir xəbər olsun. Gələn zənglər deyirdi, gözünüz aydın, qələbə çaldıq! Sevinc, göz yaşı və kədər içində idim. Uşaqları oyatdım, təbrik etdim. Otaqda Polad Həşimovun böyük şəkli var idi. Onun önünə keçdim, baxdım, baxdım…”.

Globalinfo.az bildirir ki, bunu Modern.az saytına açıqlamasında şəhid general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova deyib.

Ofelya xanım vurğulayıb ki, Qarabağda qazanılan Zəfər şəhidlərin əmanətidir və bu əmanəti yaşatmaq hər bir azərbaycanlının borcudur:

“Zəfər bir xalq üçün böyük xoşbəxtlikdir. Bizim əldə etdiyimiz Qələbə yalnız Qarabağın işğaldan azad olunması ilə məhdudlaşmır, biz birliyimizi, gücümüzü ortayaya qoyduq. Biz bütün dünyaya möhkəm iradəmizi, tariximizin  həqiqətlərini, milli kimliyimizi nümayiş etdirdik. Zəfəri birlik, Allahın Azərbaycan xalqına göstərdiyi köməklik, şəhidlərimizin canı, qazilərimizin qanı, Ali Baş Komandanın rəhbərliyi, hərbçilərimizin, əsgərlərimizin cəsarəti və xalqın fədakarlığı ilə əldə etdik. Zəfər bizə şəhidlərimizin əmanətidir, onu qorumaq biz azərbaycanlıların vəzifəsidir. Dünyanın hansı nöqtəsində yaşamağımızdan asılı olmayaraq, vətəni içimizdə yaşatmalı, fəxr etməli, yeri gəldiyində həqiqətləri çatdırmalıyıq. Qoy birliyimiz, qələbəmiz daim olsun”.
Şəhid generalın xanımı söyləyib ki, Polad Həşimov sağ olsaydı, qələbəni elə xalqın içində qeyd edərdi:

“Polad Həşimov bütün ömrünü işğal altında olan ərazilərimizin geri qaytarılması yolunda səfərbər etmişdi. Onun keçdiyi mübarizə dolu yolun ən birinci şahidiyəm. Bəli, qələbəni görmədi, amma əmin idi. Polad Həşimovun illərlə yetişdirdiyi zabit və əsgərlər hərb meydanında öz gücünü ortaya qoydular. Bilirəm, ruhu şaddır cənab Generalın. Əgər bu gün sağ olsaydı, qələbəni elə uğrunda canından keçməyə hazır olduğu xalq ilə birlikdə qeyd edərdi”.

Ofelya xanım sonda 8 noyabr Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib:

“Xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm, qoy, birliyimiz, qələbəmiz daimi və əbədi olsun”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri