Icma.az
close
up
RU
Polikistoz yumurtalıqlar sindromu və hamiləlik

Polikistoz yumurtalıqlar sindromu və hamiləlik

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sonsuzluğa səbəb olan ən çox yayılmış xəstəliklərdən biri də hormonal fonun dəyişilməsi nəticəsində yaranan “polikistoz yumurtalıqlar sindromu” adlanır.

Bu xəstəlik zamanı yumurta hüceyrəsinin ovulyasiyası, yəni yumurtalıqdan çıxması baş vermir.

Polikistoz yumurtalıqlar sindromu ilə əlaqədar olan sonsuzluğun müalicəsi üçün qadına hormonal dərman preparatları təyin edilir. Bu zaman ilk növbədə, yumurta hüceyrəsinin yetişməsini tam şəkildə “dayandıran” hormonal dərman preparatlarından istifadə edilir. Bu preparatın qəbulunu dayandırdıqdan sonra, “istirahət etmiş” yumurtalıq tam gücü ilə işləməyə başlayır və nəticədə yumurta hüceyrəsi tam yetişir, ovulyasiya olunur və hamiləliyin baş verməsi mümkün olur.

Bu ilkin müalicə kursu kömək etmədiyi halda, həkim tərəfindən yumurta hüceyrələrinin yetişməsini və ovulyasiyanı stimullaşdıran hormonal dərman preparatları təyin edilir. Yumurta hüceyrələrinin yetişməsi prosesinə isə həkim USM-nin köməkliyi ilə (follikulometriya) nəzarət edir. Əksər hallarda bir və ya bir neçə belə stimulyasiya kursundan sonra qadında ovulyasiya prosesi bərpa olunduğu üçün arzu olunan hamiləlik də baş verə bilər. Əfsuslar olsun ki, bu heç də hər zaman belə olmur. Məsələ ondan ibarətdir ki, polikistoz zamanı yumurtalığın xarici qişası xeyli dərəcədə qalınlaşmış olur (daxildən yüzlərlə sayda yetişməyən və kiçik kistalara çevrilmiş yumurta hüceyrələrinin ona birləşməsi nəticəsində). Məhz buna görə xəstəlik polikistoz adlandırılır (“poli” -- çox, “kista” – kistalar). Bu halda, stimulyasiya nəticəsində tam şəkildə yetişmiş yumurta hüceyrəsi yumurtalığın xeyli qalınlaşmış qişasını yararaq xaricə çıxa bilmir.

Belə halda həkimlər cərrahi müdaxiləyə əl atırlar. Əməliyyat zamanı yumurtalığın xarici təbəqəsinin (qişasının) bir hissəsi ya cərrahi yolla xaric edilir, ya da elektrokoaqulyasiya edilir (elektrik cərəyanı köməyi ilə yumurtalıq qişasının bir hissəsi yandırılır). Hazırda bu əməliyyatlar zamanı laparoskopiya üsulundan geniş istifadə olunur. Laparoskopik əməliyyatın aparılması üçün lazım olan tibbi alətlər qarın boşluğuna qarının ön divarından kiçik kəsiklər (1 sm.) aparılması yolu ilə daxil edilirlər. Bu cərrahi əməliyyatdan sonra yumurtalığın xarici qişası bir qədər nazilmiş olur ki, bu zaman yetişmiş yumurta hüceyrəsi onu yararaq yumurtalıqdan xaricə çıxa bilir. Əgər qadının cinsi orqanlarında digər patoloji hallar yoxdursa (uşaqlıq sağlamdırsa, uşaqlıq borularının keçiriciliyi pozulmamışdırsa və s.), bu halda hamiləlik baş tuta bilər. Əlbəttə ki, cərrahi müdaxilə də 100% müsbət nəticə verməyə bilər. Ancaq onun effektivliyi, yalnız hormonal stimulyasiya üsulu ilə müalicə aparıldığı haldan xeyli dərəcədə artıq olur. Əfsuslar olsun ki, cərrahi yolla yumurtalıqlarda aparılan müalicə qısa bir müddət ərzində (bir ilə yaxın) müsbət nəticələr verir. Bundan sonra əməliyyat olunmuş yumurtalığın xarici qişası yenidən qalınlaşır. Ancaq əksər hallarda bu müddət hamiləliyin baş verməsi üçün yetərli olur. Bəzi qadınlarda isə doğuşdan sonra hormonal tarazlıq normallaşır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri