Icma.az
close
up
RU
Polis Akademiyasının keçmiş rəisi vəkil oldu FOTO

Polis Akademiyasının keçmiş rəisi vəkil oldu FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının keçmiş rəisi, polis general-mayoru Nazim Əliyev vəkil kimi fəaliyyətə başlayıb.

"Cebheinfo.az" E-huquq.az-a istinadən xəbər verir ki, Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin noyabrın 4-də keçirilən iclasında hüquq elmləri doktoru Nazim Əliyevin VK üzvlüyünə qəbul olunması məsələsinə baxılıb və müsbət qərar qəbul edilib.

İclasda Polis Akademiyasının sabiq rəisinə vəsiqə təqdim edilib və gələcək fəaliyyətində uğurlar arzulanıb.

Qeyd edək ki, 1983-cü ildən daxili işlər orqanlarında çalışmış Nazim Əliyev 2011-2020-ci illərdə DİN-in Polis Akademiyasının rəisi vəzifəsində xidmət edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

seeBaxış sayı:64
embedMənbə:https://cebheinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri