Polis bu şəxsləri araşdırmağa başladı ADY dən XƏBƏRDARLIQ
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qatarlara daş atılması nəticəsində sərnişinlərin və dəmir yolu əməkdaşlarının həyatı təhlükəyə düşür, qatarlara maddi ziyan dəyir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin ilk 10 ayı ərzində ADY-yə məxsus qatarlara 26 daşatma hadisəsi qeydə alınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 40 faiz azdır. Sərfəli qiymətə məhsullar
Qeyd olunub ki, qatarlara daş atılması təkcə vaqonların şüşələrinə və digər hissələrinə ziyan vurmaqla kifayətlənmir, həm də sərnişinlərin, maşinistlərin və qatar bələdçilərinin təhlükəsizliyini riskə atır. Belə hallar qatarların hərəkətində gecikmələrə, sərnişin və yük daşımalarının fasiləsizliyinin pozulmasına səbəb olur.
ADY-nin məlumatına görə, aşkarlanmış faktlarla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib, hər bir hadisə üzrə araşdırma aparılaraq müvafiq hüquqi məsuliyyət tədbirləri görülüb.
Vurğulanıb ki, qatarlara daş atan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb oluna, həmçinin vurduqları maddi ziyanı ödəməli ola bilərlər.
ADY vətəndaşları dəmir yolu ərazisində təhlükəsizlik qaydalarına əməl etməyə, təhlükəli hallarla qarşılaşdıqda isə DİN-in 102 Zəng Mərkəzinə və ya ADY-nin 1822 Əlaqə Mərkəzinə məlumat verməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 23 Noyabr 2026 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















