Limit aşıldıqda xidmət haqqı tətbiq edilir İqtisadçı
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Kartdan-karta köçürmələr banklar üçün də xüsusi gəlir mənbəyi hesab olunmur. Belə əməliyyatlarda bankların gəlirləri məhdud olur, müəyyən məbləğədək köçürmələr komissiyasız həyata keçirilir, limit aşıldıqda isə xidmət haqqı tətbiq edilir”.
Bu fikri 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspertin sözlərinə görə, hazırda tətbiq edilən məhdudiyyətlərin əsas səbəblərindən biri fiziki şəxslərin şəxsi bank kartlarından sahibkarlıq fəaliyyəti və vergidən yayınma məqsədilə istifadə edilməsinin qarşısını almaqdır. O qeyd edib ki, bank sektorunda tətbiq olunan qaydalara əsasən, adi debet və kredit kartlarına gündəlik beşdən artıq mədaxil əməliyyatı və ay ərzində 20 min manatdan çox vəsait daxil olması standartdan kənar hal kimi qiymətləndirilir. Lakin vətəndaş banka müraciət edərək əməliyyatlarının mahiyyətini əsaslandıra bilsə, bu məhdudiyyətlər aradan qaldırıla bilər. Söhbət VÖEN-ə bağlı biznes kartlarından deyil, fiziki şəxslərin şəxsi kartlarından gedir.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 23 Noyabr 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















