Polis nümayişçilərə atəş açdı 8 ölü
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Nepalın paytaxtı Katmanduda polis sosial media qadağasına etiraz edən nümayişçilərə atəş açıb.
"Cebheinfo.az" xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həyatını itirib, çox sayda insan yaralanıb.
Olay “Facebook”, “Instagram”, “WhatsApp”, “YouTube”, “X” (keçmiş “Twitter”), “Reddit” və “LinkedIn” kimi platformaların Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qeydiyyat üçün müraciət etmədiyi səbəbilə müvəqqəti olaraq bağlanmasından sonra baş verib.
Nazirlik lazımi icazələri alan platformaların eyni gün ərzində yenidən istifadəyə açılacağını bildirmişdi.
Bu qərara etiraz edən, əsasən gənclərdən ibarət nümayişçilər, hökumətin sosial media qadağasını və korrupsiya iddialarına etiraz etmək üçün parlament binasına doğru yürüşə çıxıblar.
Hadisələrin şiddətlənməsindən sonra səlahiyyətlilər parlament ətrafındakı əsas bölgələrdə yerli vaxtla saat 22:00-dək komendant saatı elan ediblər.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:110
Bu xəbər 09 Sentyabr 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















