Polis obyektlərdən “tas” almağa çalışanlara qarşı əməliyyat keçirdi; 32 NƏFƏR SAXLANILDI ANBAAN VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə iaşə müəssisələrinə hücum edərək xərac toplamağa cəhd edən bandaya qarşı türk polisi tərəfindən əməliyyat təşkil edilib. İstanbul mərkəzli 5 şəhərdə, xaricdə gizlənən “Piro” ləqəbli şəxsin başçılıq etdiyi silahlı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Avtosfer.az xəbər verir ki, əməliyyatlar zamanı 32 nəfər saxlanılıb. Anadolu Baş Prokurorluğu dəstə üzvlərinin maddi qazanc əldə etmək məqsədilə iş yerlərinə silahlı hücumlar təşkil etməsi və qarətə cəhd etməsi ilə bağlı istintaqa başlayıb.
“Cinayət törətmək məqsədilə silahlı cinayətkar dəstə yaratmaq və idarə etmək”, “qarət”, “əmlaka zərər vurmaq” və “silahla hədə-qorxu gəlmək” maddələri üzrə başlanılan istintaq zamanı dəstə üzvlərinin 31 əməliyyat həyata keçirdiyi və 94 nəfərin bu hadisələrdə iştirak etdiyi müəyyən edilib.
Əməliyyatlar İstanbul mərkəz olmaqla Diyarbəkir, Kastamonu, Ağrı və Burdur şəhərlərində aparılıb.
İstintaq çərçivəsində şübhəlilərdən 22 nəfərin hazırda həbsdə və ya məhkum olaraq cəzaçəkmə müəssisəsində olduğu müəyyən edilib. Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 21 Oktyabr 2025 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















