Polisdən İtaliyanın ən böyük mafiyasına qarşı əməliyyat: 100 dən çox mafioz həbs edildi KONKRET
Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İtaliya polisi bir çox üzvləri həbsdə olan Siciliya mafiyası “Cosa Nostra”nı bərpa etmək cəhdinin qarşısını alıb.
KONKRET.az xəbər verir ki, keçirilən genişmiqyaslı əməliyyat zamanı 180-dən çox şübhəli mafioz həbs edilib.
Son illər bu kriminal qrup hüquq-mühafizə orqanlarının güclü təzyiqinə məruz qalıb. Onun minlərlə nümayəndəsi həbs edilib.
Hətta həbsdə olarkən mafioz Koza Nostranın fəaliyyətinə nəzarət edilib. Məlum olub ki, onlar həbsxana kameralarına qaçaq yolla gətirilən telefonlardan istifadə edərək tabeliyində olan kriminal dəstə üzvləri ilə əlaqə saxlayıblar.
Saxlanılan mafiya üzvləri hədə-qorxu ilə pul tələb etmə, adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər cinayətlərdə şübhəli bilinirlər.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 11 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















