Icma.az
close
up
RU
POLİSLƏR İKİ QARDAŞA DƏHŞƏTLİ İŞGƏNCƏ VERİB “Qardaşımın birini 2 gün, digərini isə qanunsuz olaraq 8 gün şöbədə saxladılar”

POLİSLƏR İKİ QARDAŞA DƏHŞƏTLİ İŞGƏNCƏ VERİB “Qardaşımın birini 2 gün, digərini isə qanunsuz olaraq 8 gün şöbədə saxladılar”

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Goranboy sakini Vüsalə Allahverdiyevadan Kamran Əliyevə və Vilayət Eyvazova şok müraciət

Goranboy rayonu, Xanqərvənd kənd sakini Allahverdiyeva Vüsalə Cəmşid qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir. Onun müraciətini olduğu kimi dərc edirik:

Hörmətli Kamran Əliyev!

Hörmətli Vilayət Eyvazov!

Diqqətinizə çatdırmaq istəyirəm ki, qardaşlarımı polis əməkdaşları şərləyirlər. Əlimdə sübütlar, səs yazıları var. Hamısını sizlərə təqdim etməyə hazıram.

Hazırda iş Goranboy Rayon Prokurorluğundadır. Qardaşımı döyən polis işçiləri haqqında cinayət işi açılmır, işdən azad olunmurlar.

Bu gün - 24.09.2025-ci il tarixində Goranboy rayon Polis şöbəsinin işçiləri - Cavanşir, Əli və Elçin adlı əməkdaşlar rayonda yerləşən xəstəxanaya gələrək, qardaşıma şikayətini geri götürməsinin qarşılığında 50 min manat pul təklif ediblər. “Pulu götür, şikayətini geri çək. Əks halda qardaşın həbs olunacaq”, - deyirlər.

Məlumat üçün bildirim ki, mən - Allahverdiyeva Vüsalə Cəmşid qızı - 2 qardaşın - Allahverdiyev Ramin Cəmşid oğlu və Allahverdiyev Rəşad Cəmşid oğlunun bir bacısıyam. Anam yaşlı qadındır.

Qardaşım Rəşad kənddə əkin sahələrini suvarmaqla məşğuldur. Ramin isə ehtiyatda olan zabitdir. Aprel döyüşlərinin, 44 günlük Qarabağ müharibəsinin içtirakçısı olub, 15 medalla təltif olunub.

2024-cü il noyabr ayının 16-da sahə rəisi qardaşım Allahverdiyev Rəşad Cəmşid oğlunun evinə gələrək, “Polis bölməsinə gedib, izahat verməlisən”, - deyib. Qardaşım isə etiraz etmədən onunla bölməyə gedib. Yolda nə üçün bölməyə aparıldığı haqda sual versə də, heç bir cavab ala bilməyib.

Sahə rəisi Əmrah qardaşımı aldadaraq bölməyə aparıb. Bölməyə çatar-çatmaz qardaşım səbəbini bilmədən polis əməkdaşları - Feyruz və Şamxal tərəfindən taqətdən düşənə qədər döyülüb. Daha sonra Feyruz və Şamxal qardaşım Rəşada qol çəkməsi üçün sənəd göstəriblər, deyiblər ki, sən qonşu kənddən qoyun oğurlamısan. Qardaşım inkar etdikcə, onu vəhşicəsinə döyüblər. Nəticədə Rəşadın biləyi qırılıb, bədəni isə yara və göy içərisində olub.

Qardaşımı döyərkən deyiblər ki, digər qardaşın Raminlə bərabər bu oğurluğu etdiyinizi boynuna al. Rəşad onu doyüb işgəncə verən polis əməkdaşları ilə razılaşıb və məcburən etmədiyi oğurluq hadisəsini boynuna götürüb.

Bundan sonra qardaşım Ramini də Polis bölməsinə apardılar. Bizə isə bunun səbəbi haqda heç bir məlumat vermədilər. Amma Ramini az döymüşdülər. Ramin boynuna götürmədikdə, hər ikisindən 2600 manat pul alaraq, bölmədən buraxmışdılar.

Həmin vaxt qardaşlarım şikayət etməyə qoymadı. “Allah nəhlət etsin”, - deyib, sadəcə şükür etdim ki, sağ-salamatdırlar.

Qeyd edim ki, 2600 manatı “polisə müqavimət göstərib” adı ilə rüşvət şəklində almışdılar. Qardaşlarım canlarını qurtarmaq üçün həmin məbləği verməyə məcbur olublar.

Müharibə iştirakçısı olan qardaşımı 2 gün saxladıqdan sonra buraxdılar. O biri qardaşımı isə qanunsuz olaraq 8 gün saxladılar.

Polis əmədaşları qardaşımın şərəf və ləyaqətini təhqir ediblər.

Hörmətli Kamran Əliyev!

Hörmətli Vilayət Eyvazov!

2025-ci il, sentyabr ayının 16-da mülki formada olan polis əməkdaşları ata evimizə gələrək, 74 yaşlı anamdan qardaşım Rəşadı soruşublar. Anam işdə olduğunu deyib. “Siz kimsiniz, niyə axtarırsınız?”, - dedikdə isə cavab veriblər ki, 10 hektar sahə var, sulanmalıdır, ona görə axtarırıq. Anam qardaşımın əlaqə nömrəsini və harda olduğunu onlara deyib. Həmin vaxtı qardaşım Rəşad Naftalan şəhəri, Qasım bəy kəndində əkin suvarırmış. Naftalan polislərinə xəbər veriblər. Qardaşımı işlədiyi yerdən (ayağında rezin sapokla) Cavanşir, Elçin və Əli adlı polis əməkdaşları şöbəyə aparıblar. Yolda soruşub ki, günahım nədir, neynəmişəm?! Deyiblər ki, telefon oğurlamısan.

Qardaşım “Nokia” markasına məxsus, qiyməti 20 manat olan telefon işlədir. Naftalan Polis şöbəsində isə deyiblər ki, 2024-cü ildə oğurladığınız qoyun məsələsinə görə burdasan. “Qardaşın da gələcək, boynunuza alın, yoxsa axırı yaxşı olmayacaq”, - deyiblər. Daha sonra içkili olan 3 polis əməkdaşı - Cavanşir, Elçin və Əli - qardaşımın əllərini və ayaqlarını bağlayaraq, gecə saatlarında ölümcül döyüblər. Polisin özü 2 dəfə təcili yardım çağırıb. Təcili yardım həkimləri qabırğalarının üstünə buz qoyub, iynə-dərman edərək, gediblər.

Səhəri gün yenə gözlərini bağlayıb, oğurluq olunan evə aparıblar. Ev sahibi qardaşımın gününü görüb. O, polisin yanında qardaşıma sual verib ki, kameranı necə sındırdın, qoyunları hansı tərəfdən apardın? O da hamısını səhv deyib. Adam deyib ki, mənim evimə girən oğru bu deyil. Amma polis israr edirmiş ki, odur.

Sonra qardaşımı şöbəyə gətirib, yenidən dubinka ilə möhkəm döyüblər. Daha sonra digər qardaşımı – Ramini də aparıblar. Çox maraqlıdır ki, Cavanşir adlı polis əməkdaşı həm Goranboy polisində, həm də Naftalan polisində işləyir. Hara gedirik, qabağımıza o çıxır.

Beləliklə, Rəşaddan 2 min manat aldıqdan sonra onu buraxıblar. Kimin kartından necə pul köçürülüb, hamsının sübutu var.

Ramin isə polis bölməsində qalıb. Ona ağır işgəncələr veriblər, qabırğalarını qırıblar. Vəziyyətinin ağır olduğunu gördükdə buraxıblar ki, sakitcə çıx get evinə. Əlavə olaraq, “sus, susmasan yaxşı olmayacaq”, - deyiblər. Orada həmçinin ağır təhqirlər də ediblər.

Həmin gündən qardaşım xəstəxanalarda qalıb. Salamat yeri yoxdur. Beyin sirkələnməsi olub, qabırğaları qırılıb və s. xəsarətləri var.

Qardaşımın o halını görüb polisə zəng vurdum, şikayətimi bildrdim. Onu polis əməkdaçları ilə birgə Gəncə şəhərində yerləşən Abbas Səhət adına xəstəxanaya apardıq. Orada da həkimlər vəziyyətinin ağır olduğunu bildirdilər. Ağrıkəsicilər kömək etmirdi. Nəticədə Goranboyda yerləşən “Med Life” xəstəxanasına apardıq. Qardaşımı döyüb ölümcül hala salan polislər xəstəxanaya 3096 manat pul ödədilər. Təcili yardıma isə 200 manat verdilər.

Artıq 5 gündür burdayıq. Xəstəxanadan qardaşımın səhhəti ilə bağlı müsbət cavab ala bilmirəm. Heç bir məhkəmə qərarı olmadan qardaşlarımı günlərlə polis bölməsində saxlayaraq, döyüblər.

Onu da qeyd edim ki, bölmədə əlavə olaraq qardaşımdan 1700 manat pul istəyiblər. Deyiblər ki, malı oğurlanan adama verəcəyik. Qardaşım pulu versə də, həmin şəxsə verməyiblər. O pulu da aralarında bölüblər.

Hörmətli Kamran Əliyev!

Hörmətli Vilayət Eyvazov!

Polis əməkdaşları mənim özümü də təhdid edirlər. “Susmasan yoldaşını, oğlunu narkotiklə həbs edəcəyik”, - deyirlər. Sizdən xahiç edirəm, bizə kömək edin, xalqın qanını içən polis əməkdaşlarını vəzifələrindən uzaqlaşdırın. Prokurorluq susur, cinayət işi açmır.

Hazırda Rəşad və Yunis adlı polis əməkdaşları yalvarırlar ki, şikayətinizi geri götürün. Amma biz götürmək istəmirik. Sizdən xahiş edirəm, kömək edin. Ailəmin və qardaşlarımın həyatı təhlükədədir. Bizi hər cür şər-böhtana sala bilərlər”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri