Icma.az
close
up
RU
Politico : Aİ Ukraynanın Maskın “Starlink”i nə ilə əvəz edə biləcəyini araşdırır

Politico : Aİ Ukraynanın Maskın “Starlink”i nə ilə əvəz edə biləcəyini araşdırır

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa Komissiyası İlon Maskın Kiyevin Starlink şəbəkəsinə girişini bloklamaqla hədələdiyi bildiriləndən sonra, Ukraynaya peyk rabitəsini təmin etməkdə necə kömək edə biləcəyini araşdırır. 

Qaynarinfo Politico-ya istinadla xəbər verir ki, peyk rabitə sistemləri Ukrayna üçün kritik əhəmiyyətə malikdir, amma hələ Maskın Starlink-ə giriş imkanı verib-verməyəcəyi məlum deyil. Keçən il Ukrayna 42.000 Starlink terminalına sahib olduğunu bildirib, onların yarısı Polşa tərəfindən maliyyələşdirilir.

Komissiyanın sözçüsü Tomas Renye bildirib ki, Kiyev artıq Govsatcom — AB-nin milli hökumət peyk gücünün birləşdirilmiş şəbəkəsi və 2030-cu illərdə işə başlayacaq yeni IRIS² peyk konstelasiyasından istifadə imkanları ilə maraqlanıb.  

"Komissiya bu məsələdə Ukrayna ilə əlaqələrini davam etdirəcək", —Renye deyib. 

Avropa Parlamenti üzvü Kristof Qrudler bu həftə AB icra hakimiyyətinə yazdığı məktubda, AB-nin Ukraynaya Starlink əvəzinə təklif edə biləcəyi alternativ peyk həllərini "dərhal qiymətləndirməli" olduğunu bildirib. Qrudler Govsatcom-un bu il işə salınmasını sürətləndirmək üçün sertifikatlaşdırma prosesini atlamağı təklif edib, bu, IRIS² hazırlanana qədər müvəqqəti həll ola bilər. Renye qeyd edib ki, bu sistem Kiyevə "güzəştli hökumət xidmətləri" təqdim edəcək, amma bunun praktikada nə demək olduğu və nə vaxt işə salınacağı barədə təfərrüatlar verilməyib.

Digər alternativlərə, artıq geostasionar orbitdə olan Eutelsat, Hispasat və ya SES peyk xidmətlərinin və ya OneWeb konstelasiyasının istifadə edilməsi daxildir.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 Mart 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri