Icma.az
close
up
RU
Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 14 noyabr, AZƏRTAC

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib. Burada keçirilən görüşlərdə aqrar sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə Oklahoma ştatının kənd təsərrüfatı naziri Bleyn Artur ilə ikitərəfli görüş keçirilib.

Nazir Məcnun Məmmədov Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin aqrar sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığını bildirib. 2019-cu ildən Oklahoma ştatı ilə inkişaf edən aqrar əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayan nazir rəqəmsallaşma, süni intellekt, müasir suvarma texnologiyaları və elmi tədqiqatlar sahəsində ABŞ təcrübəsinin öyrənilməsinin, birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Bleyn Artur Azərbaycan ilə Oklahoma arasında uzun illərə söykənən əlaqələrin kənd təsərrüfatı sahəsində də inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, yüksək səviyyəli qarşılıqlı səfərləri xatırladaraq, əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu bildirib. Həmçinin, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında tərəfdaşlığın inkişafı, ikili diplom proqramları, tələbə və mütəxəssis mübadiləsi, birgə təlim və təcrübə proqramlarının təşkili məsələləri diqqətə çatdırılıb.

Səfər çərçivəsində Oklahoma ştatı qubernatorunun müavini Mett Pinnell və Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Tomas H. Mançino ilə də görüşlər keçirilib. Görüşlərdə Azərbaycan ilə ABŞ arasında ticarət və investisiya əlaqələrinin inkişafı, aqrar sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub. Həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri, əhalinin doğma torpaqlarına qayıdışı və həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması barədə məlumat verilib. Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının rəqəmsal texnologiyalar əsasında, beynəlxalq standartlara uyğun və iqlim dəyişmələrinə davamlı model üzrə inkişaf etdirilməsinin nəzərdə tutulduğu bildirilib.

Nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Departamentinin (USDA) Kənd Təsərrüfatı Tədqiqatları Xidmətinin (ARS) Otlaq Sahələri üzrə Elmi-Tədqiqat Laboratoriyasının fəaliyyəti ilə də tanış olub. Laboratoriyada otlaq və yem bitkilərinin məhsuldarlığının artırılması, torpaq və təbii resurslardan səmərəli istifadə, iqlim dəyişikliklərinin otlaq ekosistemlərinə təsirlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar barədə məlumat verilib. Azərbaycanın heyvandarlıq sektorunda yem bazasının gücləndirilməsi və otlaq sahələrinin səmərəli idarə olunması baxımından qabaqcıl təcrübənin tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlıq və mütəxəssis mübadiləsi imkanları müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olan kənd təsərrüfatı şirkətlərinin rəhbər şəxsləri ilə görüş keçirilib. Görüşdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəfləri, aqrar sektorun inkişaf prioritetləri və ölkəmizdə mövcud investisiya imkanları barədə təqdimatla çıxış edib. Azərbaycanda əlverişli biznes mühiti barədə məlumat verən nazir şirkət nümayəndələrini Azərbaycanın aqrar sektoruna sərmayə yatırmağa çağırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və kənd təsərrüfatının müxtəlif istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri