Icma.az
close
up
RU
Politico: Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər

Politico: Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu barədə ABŞ-nin "The Politico" onlayn qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Qəzet diqqətə çatdırır ki, Vaşinqton venesuelalı "diktator"un taxtından devrilməsini gözləyir. Donald Tramp hökuməti nümayəndələri belə bir şəraitdə necə addımlar atılacağı barədə artıq öz təkliflərini irəli sürürlər. Sürgün planı xüsusilə nəzərə çarpır. Belə ki, gözlənilən nəticə meydana gələrsə, Nikolas Maduronun Türkiyəyə, Rusiyaya, Kubaya, yaxud Azərbaycana "təhlükəsiz şəkildə" sürgünə yollanılması barədə söhbətlər aparılır.
Başqa bir təklifdə isə "diktator"un saxlanılaraq ABŞ-də məhkəmə qarşısına çıxarılmasının vacibliyindən danışılır: "Çünki ABŞ-Venesuela qarşıdurması Karakasda rejim dəyişikliyinə hesablanmayıb. Vaşinqton bu ölkədəki narkoşəbəkələrlə mübarizə aparır. Məhz Nikolas Maduronun da adı bu çərçivədə ittihamlara tuş gəlir".
Hökumət nümayəndələri belə qənaətdədirlər ki, Venesuelaya qarşı nəinki aktiv hərbi müdaxilə, hətta müharibə hədələri də Karakasda xaos meydana gətirir: "Beləliklə, "diktator" öz hakimiyyətini hər an itirə bilər".
Son aylarda ABŞ və Venesuela arasında gərgin münasibətlər Vaşinqton tərəfindən bu ölkədə narkoşəbəkələrin fəaliyyəti bəhanəsi irəli sürülərək başlayıb. Donald Tramp bu minvalda Karib dənizində ABŞ-nin hərbi gücünün artırılması barədə tapşırıq verib. O, Venesuela hökumətini və birbaşa Nikolas Maduronu narkoşəbəkələrlə əlbirlikdə təqsirləndirir. Öz növbəsində, rəsmi Karakas bu cür ittihamları ölkənin suverenliyinə açıq təhlükə sayaraq vurğulayır ki, Vaşinqtonun əsl hədəfi rejim dəyişikliyidir.
Firudin Həmidli
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Noyabr 2025 08:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri