Icma.az
close
up
RU
Politoloq: Bütün bunlar Trampın seçkiqabağı verdiyi vədlərə əməl etməsi üçün həyata keçirilir

Politoloq: Bütün bunlar Trampın seçkiqabağı verdiyi vədlərə əməl etməsi üçün həyata keçirilir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Nə Avropa, nə ABŞ, nə də Ukrayna Rusiya ilə konflikti davam etdirə bilər. 

Bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib. 

O bildirib ki, indi danışıqlar masası arxasında əyləşmək vacibdir.


Tanınmış jurnalist, politoloq Fuad Abbasov “Sherg.az”a bildirib ki, bütün bunlar Amerika prezidenti Trampın seçkiqabağı verdiyi vədlərə əməl etməsi üçün həyata keçirilir:


“Trampın "Let's make USA great again" şüarı və eyni zamanda Ukrayna-Rusiya müharibəsini 24 saat ərzində bitirmək vədi baş tutmasa, amerikalıların prezidentə olan güvənsizliyi impiçment qərarına qədər gətirib çıxara bilər.  Onun üçün də Tramp administrasiyası əldə olan bütün imkanları istifadə edərək, həm dövlət orqanlarının iş səmərəliliyini optimallaşdıraraq, həm də xarici siyasəti istifadə edərək amerikanın əvvəlki qüdrətini bərpa etmək istəyir. Trampın daha əvvəlki prezident dönəmində Avropa ölkələrinə münasibəti birmənalı deyildi. Amerika vitse-prezidentinin bu açıqlaması ilə həm avropanın, həm də Rusiya və Ukraynanın Amerikanın maraqlarına uyğun olaraq addımlar atması lazım olduğunu vurğulayır. Çox təəssüf olsun ki, müharibənin saxlamağın qarşılığında Ukrayna həm torpaqlarını, həm də təbii sərvətlərini itirməyə məcbur edilir. Avropa bununla razılaşmaya bilər, amma onların Ukrayna tərəfindən Amerikaya qarşı dirənməsinin nə qədər mümkün olacağı sual altındadır. Ona görə də Rusiyanın Avropaya alternativ təklifləri ola bilər. Məsələn, bu təkliflər doğrultusunda Natonun Şərqə genişlənməsinin qarşısını alınmaqdan əlavə, Rusiyaya loyal ölkələrdən ibarət Varşava müqaviləsinə bənzər qoruyucu bufer zonası yaradılması da müzakirə edilə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri