Icma.az
close
up
RU
Politoloq Əlimusa İbrahimov: Kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq

Politoloq Əlimusa İbrahimov: Kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"44 günlük Vətən müharibəsi və antiterror əməliyyatındakı Azərbaycanın zəfəri təkcə Ermənistanın deyil, onların arxasında duranların da acı və alçaldıcı məğlubiyyətidir".

Bunu "Report"a açıqlamasında politoloq, professor Əlimusa İbrahimov deyib.

O qeyd edib ki, əgər kimsə yenidən Azərbaycanın gücünü sınamaq istəyirsə, biabır olacaq:

"Azərbaycan layiq olduğu uğuru qazanıb. İlham Əliyevin Zəfər günü münasibətilə olan çıxışında Azərbaycan xalqı üçün çox maraqlı müraciətlər səsləndirdi. O, çıxışında növbəti ildönümünü keçirdiyimiz zəfərin heç də asan başa gəlmədiyini və millət, xalq, dövlət rəhbərliyi birliyinin ən bariz nümunəsi olduğunu bir daha bəyan edib. Azərbaycan xalqı bu Zəfəri 30 il gözləyib. 30 illik həsrətin sonu məhz Azərbaycanın şanlı Ordusunun fədakarlığı sayəsində baş verdi. Bizim xalq buna layiq idi və layiq olduğu uğuru qazanıb".

Politoloq Ermənistanın Fransa və onunla eyni düşüncədə olan ölkələrin yardımı sayəsində silahlanması siyasətini davam etdirməsinə münasibət bildirib:

"Dövlət başçısı xarici siyasətdə bizi gözləyən hadisələrə də toxunaraq, Ermənistanın bu gün apardığı silahlanma siyasətinə də ciddi münasibət bildirib. Şübhəsiz ki, bu silahlanma sonda Azərbaycana qarşı yönələ bilər. Buna görə də, İlham Əliyev çıxışında Ermənistan və onun havadarlarının niyyətlərini açaraq onları bu hərəkətdən geri dönməyə çağırıb. Ali Baş Komandan Ermənistanın silahlandırma siyasətindən əl çəkməli olduğunu və bizimlə rəqabət aparmaq gücündə olmayacaqlarını vurğulayıb".

Professor İlham Əliyevin xəbərdarlıqlarına digər qüvvələrdən daha çox Ermənistanın qulaq asmalı olduğunu qeyd edib:

"İlham Əliyev öz çıxışında bu gün Ermənistanın müharibə ritorikasının və aktlarının arxasında məhz xarici qüvvələrin dayandığını açıq bəyan edərək həmin qüvvələrə də xəbərdarlıq edib. Amma İrəvan bu xəbərdarlıq və 44 günlük müharibədən lazımi nəticə çıxaracaqmı? Hər halda, onun gələcək addımları müəyyən fikir söyləməyə imkan verəcək. Çünki sonda yenə də əziyyət çəkən özü olacaq".

Ə.İbrahimov Ermənistanın bugünkü acınacaqlı halının səbəbkarının Fransa kimi hegemonluq edən dövlətlər olduğunu vurğulayıb:

"Fransa kimi hegemonluq edən dövlətlər 30 il ərzində öhdələrinə götürdüyü vəzifəni yerinə yetirməyərək Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasına nail ola bilmədilər və nəticədə Ermənistan bugünkü acınacaqlı vəziyyətə düşdü. Əgər onlar öz destruktiv funksiyalarını davam etdirəcəklərsə, yenə də uduzan tərəf Ermənistan olacaq. Ermənistan üçün isə sonrakı peşmanlıq heç bir fayda verməyəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Noyabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri