Icma.az
close
up
RU
Rus politoloq sarsaqladı Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri

Rus politoloq sarsaqladı Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Rusiyalı politoloq Yevgeni Mixaylov “Tsarqrad” kanalına verdiyi açıqlamada Azərbaycanı hədələməyə çalışıb. O bildirib ki, guya Bakı Rusiya ilə münasibətlərində səhvə yol verib və indi bunun əvəzini ödəyir. Üstəlik, “Rusiya vətəndaşlarını girov saxlamaq” kimi tamamilə əsassız iddia ortaya ataraq, “Moskvanın elə rıçaqları var ki, Azərbaycan rəhbərliyini mövqeyini dəyişməyə məcbur edə bilər” deyə sərsəmləyib.

Turkustan.az xəbər verir ki, Mixaylovun açıqlaması, əslində, Rusiyanın indiki zəif durumunun, söz gücü ilə özünü təsdiq etmək cəhdinin göstəricisidir. Reallıq isə başqadır: Azərbaycan bu gün müstəqil siyasəti, güclü iqtisadiyyatı və regionda həlledici rolu ilə heç bir imperiya hədəsinə boyun əymir.

Keçdi o dövran

Mixaylovun ritorikasına ən gözəl cavab “Axırıncı Aşırım” filmindəki məşhur ifadə ilə verilir: “Vaxt var idi, qılıncınızın qəbzəsi də kəsirdi. Keçdi o dövran.”

Bu gün artıq 90-cı illərin zəif Azərbaycanı yoxdur. 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərildi ki, bir generalının şəhadətinə görə ayağa qalxan xalqın iradəsini heç bir güc qıra bilməz. Azərbaycan ordusu Qarabağda tarixi ədaləti bərpa edərək regionun siyasi xəritəsini dəyişdi.

Rusiyanın isə 3 ildir Ukrayna bataqlığından çıxa bilməməsi ortada ikən, Bakını hədələməsi yalnız istehza doğurur.

Əslində, tarix Mixaylov kimi “politoloqlara” çoxdan dərs verib. Əgər Bakı nefti olmasaydı, Sovetlər Almaniya üzərində qələbə qazana bilməzdi. Yusif Məmmədəliyevin kimyəvi kəşfləri İkinci Dünya Müharibəsinin taleyini dəyişdi, Həzi Aslanovun taktiki dahiliyi cəbhələrdə dönüş yaratdı, Fərman Salmanovun Sibirdə nefti tapması isə Rusiyanın enerji nəhənginə çevrilməsinə yol açdı.

Azərbaycan xalqı olmasaydı, “böyük Rusiya” adlanan dövlətin tarixi bu qədər güclü ola bilməzdi. Bu, faktlarla sübut olunmuş həqiqətdir.

Mixaylovun “rıçaqlar” dediyi şeylərin, əslində, heç bir təsiri yoxdur. Rusiyanın “gücü” yalnız bazarlarda, ağır zəhmətlə çörək qazanmağa çalışan azərbaycanlı fəhlələrin üzərində işləyir. Bu, sadəcə acizlikdir.

Əslində isə Azərbaycan hərbi, siyasi və iqtisadi gücü ilə artıq regionun oyun qurucusuna çevrilib. Bunu görməməzliyə vurmaq yalnız Rusiyadakı təbliğat maşınının ümidini qorumaq cəhdidir.

Bir vaxtlar türklər sizə təmizlik, mədəniyyət, şəhərsalma öyrədirdi. İndi isə Azərbaycan sizə dövlətçilik dərsi verir.

Mixaylovun hədələri yalnız Moskvadakı studiyalarda işləyir, amma reallıqda heç bir təsiri yoxdur. Azərbaycan müstəqil siyasəti, xalqının gücü və beynəlxalq mövqeyi ilə sübut edib ki, heç bir təhdid onu yolundan döndərə bilməz. /Musavat.com/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri