Icma.az
close
up
RU
Politoloq: Molla rejimi bu cür qızışdırıcı hərəkətlərə, təxribatlara təcili son qoymalıdır

Politoloq: Molla rejimi bu cür qızışdırıcı hərəkətlərə, təxribatlara təcili son qoymalıdır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Bu günlərdə İranın ali dini rəhbəri sayılan Seyid Əli Xameneinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amelinin iştirakı ilə keçirilən bir tədbirdə Azərbaycana və Türkiyənin dövlət başçılarına qarşı  xoşagəlməz ifadələr səsləndirib. Bu bir daha onu göstərir ki, İranın molla rejimi də Pəhləvi şah rejimi kimi türk düşmənçiliyi siyasətini davam etdirir və "İslam Respublikası" pərdəsi altında əslində fars şovinizminin güclənməsinə şərait yaradır". 


Bu sözləri  "Sherg.az"a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri

Əlisahib Hüseynov deyib. 


Politoloqun sözlərinə görə, Ərdəbildə hökumət rəsmilərinin də iştirak etdiyi həmin mərasimin İran dövlət televiziyasında canlı yayımlanması Azərbaycan və Türkiyə əleyhinə rəsmi səviyyədə təbliğat aparıldığını əyani surətdə təsdiq edir: 


"Ona görə də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi sözügedən tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etirazın bildirilməsi tamamilə düzgün addımdır. 

Molla rejimi bu cür qızışdırıcı hərəkətlərə, təxribatlara təcili son qoymalıdır. Çünki Amuli kimi provokatorların təhrikedici addımları İranla Azərbaycan arasında ikitərəfli münasibətlərin korlanmasına xidmət edir. Belələri İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan təbliğatı aparmaqla, nifrət və düşmənçilik ab-havası yaratmaqla dövlətlərarası və insanlararası münasibətlərin normallaşmasına qəsdən mane olurlar. 

Rəsmi Tehran həqiqətən də Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında və genişlənməsində maraqlıdırsa, Seyid Həsən Ameli kimi araqarışdıranlarla bağlı təxirəsalınmaz tədbirlər görməli, ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlməyən hərəkətlərin qarşısı qeyd-şərtsiz olaraq alınmalıdır. Molla rejimi Azərbaycana qarşı bu kimi təxribatlara son qoymasa, bu hərəkətlərin arxasında bilavasitə onun özünün dayandığını sübut etmiş olacaq. Beləliklə, Amulinin təxribatı molla rejiminin özünü ifşa edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Yanvar 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri