Icma.az
close
up
RU
Politoloq: Paşinyan pozitiv danışsa da, sülh müqaviləsindən yayınma cəhdləri həyata keçirir

Politoloq: Paşinyan pozitiv danışsa da, sülh müqaviləsindən yayınma cəhdləri həyata keçirir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bilirsiniz ki, ölkəmizin dörd sərhədindən ikisi tamamilə bağlıdır, mən Türkiyə və Azərbaycanla sərhədlərimizdən danışıram. Bizim daha iki sərhədimiz var: Gürcüstan və İranla. Təbii ki, bu iki sərhəd bizim üçün çox önəmlidir, əməkdaşlıq edirik, Gürcüstan və İranla yaxşı münasibətlərimiz var, amma Türkiyə və Azərbaycanla münasibətlərimizdə yeni dövr açmaq istəyirik".

 Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Atlantika Şurası çərçivəsində çıxışında deyib. O bildirib ki, son illər biz Azərbaycanla sülh prosesində çox böyük irəliləyiş əldə etmişik. 

Bilirsiniz ki, biz hazırda Azərbaycanla sülh müqaviləsi layihəsini müzakirə edirik və biz indi həmin müqavilənin 17 bəndindən 15-i üzrə tam razılığa gəlmişik və hələ də yekun razılığa gəlməli olduğumuz iki bənd qalıb. Ümid edirik ki, bu prosesi mümkün qədər tez başa çatdıracağıq. Əlbəttə, biz Azərbaycanla ikitərəfli formatda işləyirik, lakin davamlı sülhə nail olmaq üçün müvafiq mühitin yaradılmasında beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi çox faydalı olardı. Türkiyə ilə kifayət qədər fəal dialoqumuz var. Son illərdə Türkiyə prezidenti ilə bir neçə görüş keçirmişəm, Türkiyə prezidentinin andiçmə mərasimində iştirak etmişəm, biz bu yaxınlarda Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüşmüşük və birinci mərhələdə sərhədlərimizi üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmaqla bağlı çox konkret razılaşmamız var və ümid edirik ki, bu sazişin ən qısa zamanda həyata keçirilməsinə nail olacağıq. Biz bu istiqamətdə işləyirik. 


Politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Paşinyanın dediklərində həqiqət payı var:


“Çünki Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi çərçivəsində çox ciddi addımlar atılır. Bu yöndə sonuncu ən böyük uğur sərhəd komissiyalarının görüşü zamanı əldə edilən razılıq idi. Yəni sərhədin delimitasiya və demarkasiyası Şimaldan Cənuba, İran-Ermənistan-Azərbaycan sərhədinə doğru keçdi. Lakin Nilkol Paşinyan pozitiv danışıb, müsbət reaksiyalar versə də, sülh müqaviləsindən yayınma cəhdləri də həyata keçirir. Ermənistanın Amerika ilə strateji tərəfdaşlıq sazişi imzalaması, Avropa İttifaqının mülki missiyasının fəaliyyətinin iki il uzadılması kimi məsələlər sülh prosesində suallar yaradır. Həmçinin 10 noyabr bəyannaməsinin 17 bəndindən 15-i razılaşdırılıb. Daha çox mübahisəli məsələlərdən biri isə Zəngəzur dəhlizinin taleyi ilə bağlıdır. Zəngəzur məsələsində Azərbaycan dəhliz Ermənistan isə yol prinsipi ilə açılmasında maraqlıdır. Digər tərəfdən isə əslində sərhədlərin açılması məsələsi problemli mövzu deyil. Azərbaycan tərəfi Zəngəzur dəhlizi fonunda tərəflərin sülh müqaviləsi imzalamasını, kommunikasiya xətlərinin,  nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır. Ermənistan tərəfi proseslərə daha konsturiktiv yanaşasa, şübhəsiz ki, sül müqaviləsi əldə olunar. Belə olan halda Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan sərhədləri açıla bilər. Bu Bakı və Ankaranın ortaq maraqlarıdır. Çünki regional və Qərblə  əməkdaşlıq fonunda proseslərin həlli bizim üçün də vacibdir. Azərbaycan Ermənistanla sülh imzaladıqdan sonra onun ərazisindən yeni layihələrin icrasını istəyir. Ermənistanın ən böyük problemi isə Qərblə mütəmadi olaraq vədlər alması və cəsarətlənməsidir. Onlar Azərbaycanla prosesləri həm öz reallıqları çərçivəsində, həm də mövcud reallıqları dəyişməyə hesablayırlar. Amma bu, düzgün yanaşma deyil. Ermənistanın Azərbaycanla problemlərinin həlli Türkiyə ilə də əlaqələrin yaranmasına səbəb olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri