Icma.az
close
up
RU
Politoloq: Rusiya Azərbaycan qarşısında hüquqi öhdəliklərini yerinə yetirməlidir

Politoloq: Rusiya Azərbaycan qarşısında hüquqi öhdəliklərini yerinə yetirməlidir

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Prezident İlham Əliyevin son açıqlamaları təsadüfi deyil və bu mövqe yalnız Azərbaycanın öz istəklərinə əsaslanmır. Bu, beynəlxalq səviyyədə qəbul edilmiş və həm Azərbaycan, həm də Rusiya tərəfindən qoşulunmuş Çikaqo Konvensiyasının tələblərinə əsaslanır”.

Bunu Gununsesi.info-ya açıqlmasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:

“Həmin konvensiya bu cür hadisələrin hüquqi tənzimlənməsini müəyyən edir. Ötən ilin dekabrında Azərbaycana məxsus hərbi təyyarənin vurulmasından sonra Rusiya tərəfinin bu konvensiyanın tələblərinə uyğun davranmaması Azərbaycanda təbii olaraq ciddi narazılıq və haqlı hiddət doğurub. Bu baxımdan Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təsadüfi deyil və Azərbaycanın özünün formalaşdırdığı subyektiv yanaşmadan ibarət deyil.

Bu, beynəlxalq səviyyədə qəbul edilmiş bir konvensiyanın – yəni Çikaqo Konvensiyasının – tələbləridir. Əgər Azərbaycan bu məsələ ilə bağlı 7 aydan artıq müddətdə gözləmə mövqeyində olubsa və Rusiya tərəfinə haqlı tələblərini davamlı şəkildə bildirib, qarşı tərəf isə hələ də lazımi addımları atmırsa, deməli, bu məsələdə Rusiyanın zəruri addımlar atması qaçılmazdır. Azərbaycan burada qeyri-adi heç nə tələb etmir. Sadəcə, hadisəyə səbəb olan dövlətin, Rusiyanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə hərəkət etməsini istəyir”.

Politoloq vurğulayıb ki, Rusiya Azərbaycan tərəfindən rəsmi və layiqli şəkildə üzr istəməli, hadisənin törədilməsində təqsirli olan şəxslər barəsində araşdırma apararaq onları məsuliyyətə cəlb olunmasında addımlar atmalıdır:

“Həmçinin həm Azərbaycan dövlətinə, həm də təyyarə qəzasında dünyasını dəyişən şəxslərin ailə üzvlərinə və sağlamlığına zərər dəymiş şəxslərə kompensasiyanın ödənilməsi tələbi irəli sürülməlidir.

Burada qeyri-adi heç nə yoxdur. Bu kimi hallarda dövlətlər bir-birinə qarşı məhz bu cür addımlar atmalıdır.

Əgər Rusiya, özünün dediyi kimi, Azərbaycanı strateji tərəfdaşı, yaxın qonşusu və əməkdaşlıq etdiyi müttəfiqi hesab edirsə, bu cür hadisələrin baş verməsinə, vəziyyətin bu səviyyəyə gəlib çıxmasına və bu qədər uzanmasına imkan verməməli idi.

Əgər Rusiya bu vəziyyətdə də heç bir addım atmayacaqsa, o zaman Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq, o cümlədən Çikaqo Konvensiyası çərçivəsində beynəlxalq məhkəməyə müraciət edə bilər”.

Xəyal Bəşirovun fikrincə belə bir məhkəmə prosesi Rusiyanın məsuliyyətini hüquqi formada rəsmiləşdirə və kompensasiya öhdəliyini ortaya qoya bilər.

“Şübhəsiz Azərbaycan bu prosesdə uğur qazana bilər. Əlbəttə, Azərbaycan istəmir ki, bu hadisə iki ölkə arasında yeni bir mənfi təcrübənin əsasını qoysun. Amma eyni mövqeyi Rusiya da nümayiş etdirməlidir. Əgər Rusiya bu məsələdə susqunluğunu, laqeydliyini və etinasızlığını davam etdirəcəksə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaq”– deyə politoloq fikirlərni yekunlaşdırıb.

 

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri