Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Politoloq: Sülh sazişinin paraflanması yalnız başlanğıcdır

Politoloq: Sülh sazişinin paraflanması yalnız başlanğıcdır

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə birbaşa bağlıdır

Vaşinqton görüşü Azərbaycan və Ermənistan arasında sülh prosesində dönüş nöqtəsi kimi qiymətləndirilir. Tərəflər arasında imzalanmış tarixi sülh bəyannaməsi yalnız siyasi iradənin ifadəsi deyil, eyni zamanda müharibə səhifəsinin bağlanması istiqamətində real öhdəliklərin ortaya qoyulduğunu göstərir. Ermənistan parlamentinin sədri Sərkis Xandanyanın “Ermənistan və Azərbaycan yekun sülh sazişinə nail olmaq ərəfəsindədir” açıqlaması da Vaşinqtonda əldə edilən razılaşmaların prosesə verdiyi təkanı təsdiqləyir. Yekun sülh sazişinin imzalanması üçün isə hələ bir sıra mühüm məsələlərin həlli tələb olunur. Prosesin gələcək uğuru əsasən bu öhdəliklərin yerinə yetirilməsindən asılıdır.

Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında 8 avqust Vaşinqton görüşünün və həmin görüşdə əldə olunan razılaşmaların sülhün əldə olunması istiqamətində çox mühüm addım olduğunu vurğulayıb: 

"Bu baxımdan Vaşinqtonda paraflanan sülh sazişi və imzalanan üçtərəfli bəyanat tərəflərin siyasi iradəsini əks etdirən mühüm sənəd olaraq qiymətləndirilə bilər. Lakin sülh sazişinin paraflanması yalnız başlanğıc addımdır. Çünki yekun sülh sazişinin imzalanması və ratifikasiyası üçün bəzi vacib addımların atılması nəzərdə tutulur. Vaşinqtonda imzalanmış üçtərəfli bəyanatda bu məsələ öz əksini tapıb. Birincisi, ATƏT Minsk Qrupunun buraxılması məsələsidir ki, bu problem artıq həll olunub. İkincisi isə Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə dair iddiaların yer almasıdır. Bu da sülh prosesində əsas maneə olaraq qalır. Konstitusiyaya dəyişiklik edilmədən, yəni Azərbaycanın beynəlxalq sərhədlərinin tanınması və ərazi iddialarından imtina ilə bağlı tələblər öz həllini tapmadan yekun sülh sazişinin imzalanması tam mənası ilə mümkün olmayacaq".

Ekspert Ermənistanın götürdüyü öhdəliklərə uyğun olaraq bu istiqamətdə konkret addımlar atmasının önəmli olduğunu qeyd edob:

"Əgər Ermənistan bu konstitusiya dəyişikliklərini reallaşdırarsa, sülh sazişinin imzalanması üçün hüquqi və siyasi əngəl də aradan qalxmış olacaq. Vaşinqton bəyannaməsi həm bir niyyət sənədi, həm də real icra planı tələb edən öhdəlik kimi çıxış edir. Yekun sülh sazişi tərəflər arasında qarşılıqlı etimadın möhkəmlənməsi, regionda təhlükəsizlik və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, sülh prosesinin uğuru Ermənistanın konstitusiya dəyişikliklərinə hazır olmasına birbaşa bağlıdır. Sazişin paraflanması və ATƏT Minsk Qrupunun buraxılması məsələsinin həlli müsbət siqnallardır. Lakin real addımlar atılmadan sülh sazişi yalnız kağız üzərində qalacaq. Bu səbəbdən, Ermənistanın öhdəliyini icra etməsi və Konstitusiyada zəruri dəyişiklikləri həyata keçirməsi region üçün tarixi bir dönüş nöqtəsi ola bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see416

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see350

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see340

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see339

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see316

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see313

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see306

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see263

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see251

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see246

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see239

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see233

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see227

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see221

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see214

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see212

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see204

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see203

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see191

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri