Icma.az
close
up
RU
Polkovnik Rövşən Qurbanov rüşvət alarkən saxlanıldı

Polkovnik Rövşən Qurbanov rüşvət alarkən saxlanıldı

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Milli Qvardiyasının (Rosqvardiya) Novosibirsk vilayəti üzrə təhlükəsizlik idarəsinin rəisi, azərbaycanlı polkovnik Rövşən Qurbanov rüşvət alarkən saxlanılıb. Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 290-cı maddəsinin 5-ci hissəsi ilə cinayət işi açılıb. Bu maddə ilə nəzərdə tutulmuş cəza 7 ildən 10 iki ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Zayeltsovski Məhkəməsi R.Qurbanov barəsində iki ay müddətinə həbs qərarı verib. Rövşən Qurbanov 2017-ci ildən Rusiya Milli Qvardiyasının mühafizə bölməsinə rəhbərlik edib. Polkovnik buna qədər Novosibirsk mühafizə idarəsinin 1 saylı polis batalyonuna komandirlik edib. R. Qurbanovun tabeliyində olan şəxslərin himayəsində Sberbank, Aura ticarət mərkəzi, Mərkəzi bazar, Yupiter ticarət mərkəzi, Moskva ticarət mərkəzi, Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrı, Prezidentin Sibir Federal Dairəsindəki nümayəndəliyi, regional hökumət, Mərkəzi Bank filialının binası olub. Rövşən Qurbanovun tərcümeyi-halında heç bir “qara ləkə” yoxdur. 1990-cı ildə Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Komandanlıq Məktəbinə, indiki Rusiya Federasiyası Milli Qvardiya Qoşunlarının Ordu generalı Yakovlev adına Novosibirsk Hərbi İnstitutuna daxil olub. 1995-ci ildə ailə problemlərinə görə ordudan gedib, iki il Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyində işləyib, sonra isə Rosqvardiyanın mühafizə xidmətinə keçib. Rusiya mediası R. Qurbanovun adının bir neçə il əvvəl verdiyi sərəncamı da yada salır. Belə ki, o, tabeliyində olan işçilərin 200-dən çox ölkəyə tətilə getməsini qadağan edib. İnternetdə yayılan sərəncamında deyilirdi ki, Rosqvardiya işçiləri tətil üçün təhlükəsiz ölkələr seçməlidir. Qurbanovun sərəncamına görə belə yerlər yalnız Azərbaycan, Belarus, Vyetnam, İndoneziya (Bali adası), Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, BƏƏ, Tacikistan, Türkmənistan və Özbəkistan ola bilər. Ona qarşı irəli sürülən ittikmda deyilir ki, R.Qurbanov aprelin sonunda “Lemana PRO” ticarət mərkəzinin fövqəladə halların qarşısının alınması şöbəsinin müdiri ilə telefonla əlaqə saxlayıb və ondan şəxsi ehtiyacları üçün tikinti materialları tələb edib. Tikinti materiallarının dəyəri 293 min 434 rubl 60 qəpik olub. Novosibirsk vilayət məhkəməsi dünən R.Qurbanovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin yumşaldılması barədə şikayəti rədd edib. O, iyulun 27-dək istintaq təcridxanasında qalacaq. Bu barədə Novosibirsk vilayətinin Ədliyyə Departamentinin mətbuat xidməti məlumat yayıb. Yada salaq ki, ötən il Moskvada Rosqvardiyanın Təchizat İdarəsinin müavini, əslən azərbaycanlı olan general-mayor Mirzə Mirzəyev korrupsiya ittihamı ilə həbs edilib. Rusiya Qvardiyasının rəhbəri vaxtilə prezident Vladimir Putinin cangüdəni olan Viktor Zolotov rəhbərlik edir. Vaxtilə Aleksey Navalnı öz saytında Rusiya Qvardiyasının şişirdilmiş qiymətlərlə ərzaq aldığını iddia edən “Rosqvardiyanın kartofu” adlı araşdırma dərc etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 İyun 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see223

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see187

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see165

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see159

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see158

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see149

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see142

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see138

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see135

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see134

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see133

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri