Polkovnikleytenant: Sərhədçilər həm də tarixi abidələrin, təbii sərvətlərin qorunmasını təmin edirlər AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qazax, 22 noyabr, Xəyalə Cəfərova, AZƏRTAC
Sərhədçilər yalnız sərhədlərin mühafizəsini deyil, həm də tarixi abidələrin, təbii sərvətlərin, ekosistemin və biomüxtəlifliyin qorunmasını təmin edirlər.
Bu sözləri Qazaxda AZƏRTAC-a açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Xidmətinə Nəzarət Komandanlığının polkovnik-leytenantı Elnur Abdullayev deyib.
O əlavə edib ki, DSX-nin Sərhəd Qoşunları tərəfindən xidmət daim yüksək səviyyədə təşkil olunur: “Sərhədboyu qanunsuz ovçuluğun, ağac kəsiminin və digər təbiətə zərər vuran fəaliyyətlərin qarşısını almaq üçün xidmətlər təşkil edilir. Sərhədçilər belə hallarda təcili müdaxilə edərək, ekosistemin pozulmasının qarşısını alırlar”.
“Həmçinin sərhəd ərazilərində yaşayan əhali maarifləndirilir, təbiətin qorunmasının əhəmiyyəti onlara çatdırılır. Bu, əhalinin təbii sərvətləri qorumağa daha məsuliyyətli yanaşmasını təmin edir”, - deyə E.Abdullayev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 22 Noyabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















