Polşa: Biz İrana qoşun göndərməyəcəyik
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşanın Baş naziri Donald Tusk ölkəsinin İrana qoşun göndərməyəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin yaydığı məlumata görə, Donald Task ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı mövqeyinə münasibət bildirərkən bu açıqlamanı verib.
Tusk qeyd edib ki, Polşa bu münaqişədə hərbi iştirak etməyəcək: “Biz İrana qoşun göndərməyəcəyik; bu münaqişə təhlükəsizliyimizə birbaşa təsir göstərmir.”
O əlavə edib ki, Polşanın NATO çərçivəsində digər öhdəlikləri var və müttəfiqlər bunu anlayışla qarşılayır. Baş nazirin sözlərinə görə, ölkənin quru, hava və dəniz qüvvələrinin əsas prioriteti Baltik dənizinin təhlükəsizliyidir.
Tusk vurğulayıb ki, ABŞ da daxil olmaqla müttəfiqlər bu mövqeni yaxşı anlayır və narahatlığa əsas yoxdur.
Qeyd edək ki, Donald Trump daha əvvəl verdiyi müsahibədə NATO müttəfiqlərinin Hörmüz boğazının təhlükəsizliyini təmin edə bilməyəcəyi təqdirdə bunun alyansın gələcəyi üçün ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 17 Mart 2026 20:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















