Polşa finalda Fransanı məğlub edib Avropa çempionu oldu
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Kişilərdən ibarət Polşa milli komandası voleybol üzrə 2026-cı il Avropa çempionu olub.
İdman.Biz xəbər verir ki, final matçında Polşa millisi Fransa komandasına 3:1 (31:29, 25:19, 20:25, 25:16) hesabı ilə qalib gəlib.
Görüş İtaliyanın Assaqo şəhərindəki “Yutipol Forum” stadionunda keçirilib.
Üçüncü yer uğrunda matçda Finlandiya millisi Sloveniya komandasını 3:0 (25:23, 25:20, 29:27) hesabı ilə məğlub edib.
Qeyd edək ki, Polşa millisi titulunu qoruyub. Onlar ötən il də Avropa çempionu olublar.
Voleybol üzrə 2026-cı il Avropa çempionatı sentyabrın 9-dan 26-dək İtaliya, Bolqarıstan, Rumıniya və Finlandiyada keçirilib. Turnirdə dörd qrupa bölünmüş 24 komanda iştirak edib.
Bu mövzuda digər xəbərlər:Avropa Məhkəməsi Fransanı cərimələyib
27 İyun 2025 08:58
Avropa Məhkəməsi Fransanı cərimələdi
27 İyun 2025 13:45
Dünya çempionu müəyyənləşir Avropa nəhəngləri finalda
13 İyul 2025 09:52
Finalda erməni rəqibini məğlub edən Rəvan Avropa çempionu olub YENİLƏNİR
14 İyun 2025 20:16
Baxış sayı:55
Bu xəbər 27 Sentyabr 2026 05:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















