Icma.az
close
up
RU
Polşa onu Azərbaycana təhvil verir

Polşa onu Azərbaycana təhvil verir

Gürcüstan vətəndaşı Ülpət Fizuli oğlu Ağacanovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Polşa Respublikasının Lodz rayon məhkəməsi tərəfindən təmin edilib.

Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Ü.Ağacanovun qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən adam öldürmə cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

Şəxs bu ilin oktyabr ayında Polşanın Kutno şəhərində müəyyən edilərək həbs olunub.

Verilmə haqqında qərar qanuni qüvvəyə mindikdən sonra onun ölkəmizə gətirilməsi təmin ediləcək.

seeBaxış sayı:35
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri