Polşa parlamentinin vitse spikeri xarici işlər nazirinə xəbərdarlıq etdi
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Polşanın xarici işlər naziri Radoslav Sikorski Nazirliyin büdcə vəsaitlərini şəxsi sərvəti kimi israf etməyi dayandırmalıdır".
"Yeni Sabah" xəbər verir ki, bu açıqlamanı Polşa parlamentinin vitse-spikeri Kşiştof Bosak Ukraynaya silah alışı üçün 100 milyon dollar vəsaitin köçürülməsi ilə bağlı məsələni şərh edərkən deyib.
Onun sözlərinə görə, Polşa özü büdcə problemləri ilə üzləşir və daxili ehtiyaclarını nəzərə almadan başqa bir ölkənin ordusuna vəsait xərcləmək məsuliyyətsizlikdir.
"Mənim fikrimcə, Polşanın başqa bir ölkəni maliyyələşdirə biləcəyi barədə beynəlxalq illüziya yaratmaq tamamilə məsuliyyətsizdir. Polşa buna imkan verə bilməz", - Bosak "Radio ZET"in efirində bildirib.
O, bir çox Polşa diplomatik nümayəndəliyinin təmirə ehtiyacı olduğunu və işçilərin resurs çatışmazlığından əziyyət çəkdiyini vurğulayıb. /Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 25 Noyabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















