Polşa Rusiya pasportlarını tanımayacaq Gələn ildən yeni qərar qüvvəyə minir
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Polşa 2026-cı il aprelin 1-dən etibarən rus vətəndaşlarının beşillik qeyri-biometrik pasportlarını tanımayacağını açıqlayıb.
“AzPolitika” bildirir ki, bu barədə məlumat Avropa Komissiyasının rəsmi saytında dərc olunub.
Bundan əvvəl, 2026-cı ilin yanvarın 1-dən ölkəyə giriş rusiyalı diplomat və xidməti pasport sahiblərinə, biometriya çipi olmayan sənədlərlə qadağan ediləcək.
Qeyd olunur ki, əvvəllər Danimarka, İslandiya, Latviya, Litva, Fransa, Çexiya və Estoniya artıq beşillik qeyri-biometrik pasportlar əsasında rus vətəndaşlarının ölkəyə girişini qadağan edib. 2026-cı ilin yanvarından bu siyahıya Almaniya və Rumıniya da qoşulacaq.
Çexiyanın keçmiş xarici işlər naziri Yan Lipavski mart 2025-ci ildə bildirmişdi ki, Çexiyanın tələbi dövlət təhlükəsizliyi ilə bağlıdır. O qeyd etmişdi:
“Biz növbəti diversiyanı gözləməyəcəyik. Hər kəs ölkəmizdə qalmaq istəyirsə, kim olduğunu sübut etməlidir. Ona görə də rus vətəndaşları üçün qeyri-biometrik pasportlar kifayət etməyəcək, həmin sənədlərdən, məsələn, 2014-cü ildə Vrbetitse silah anbarında partlayış törədən GRU əməkdaşları istifadə etmişdi”.
Litva hakimiyyətinin açıqlamasında isə qeyd olunub ki, biometrik çip olmayan pasportlar rus xüsusi xidmətləri tərəfindən xaricdə əməliyyatlar üçün istifadə edilə bilər. Lakin ümumi qaydalardan istisnalar nəzərdə tutulub: onlar demokratik qüvvələr, müxalifət nümayəndələri, müstəqil media və vətəndaş cəmiyyəti nümayəndələrinə şamil edilə bilər.
Hazırda Rusiyada iki növ pasport mövcuddur: biometrik və qeyri-biometrik. Qeyri-biometrik pasportlar beş il müddətinə, daha ucuz və qısa zamanda verilir; biometrik pasportlar isə on il müddətinə hazırlanır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 25 Dekabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















