Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejimi işə başlayacaq.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında xəbərdarlıq edib.
Onun sözlərinə görə, bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib.
Qeyd edək ki, deportasiya rejimi - Rusiyada qanunsuz olan, yaxud qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.
Bundan əvvəl bildirilmişdi ki, Rusiyada miqrantların uşaqları rus dili testindən keçə bilməyəcəyi və məktəbə qəbul ola bilməyəcəyi təqdirdə onlara cərimə tətbiq ediləcək.
Həmçinin mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 01 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















