Icma.az
close
up
RU
POLŞA TÜRKİYƏ DEYİL! NATO nun “müdafiə çətiri” nədən dəlik deşik çıxdı?

POLŞA TÜRKİYƏ DEYİL! NATO nun “müdafiə çətiri” nədən dəlik deşik çıxdı?

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiyanın Polşaya PUA hücumu, bundan əvvəl Donald Trampın tez-tez özünün və ətarfındakıların sevə-sevə təkrarladığı “Tramp prezident olsaydı, bu müharibə olmazdı” tezisinin “çürük” olduğunu ortaya qoydu. Belə ki, məhz indi - Trampın prezidentliyi dövründə Putin Rusiyası ilk dəfə açıq şəkildə NATO sərhədlərini pozaraq, bir NATO ölkəsinə qarşı kütləvi PUA hücumu həyata keçirdi.

Doğrudur, qətiyyən təsadüfi olmayan bu əməliyyat hər nə qədər əvvəlcədən planlaşdırılmış və məqsədli şəkildə həyata keçirilən təcavüz-təxribat akltı olsa da, daha çox hücum yox, kəşfiyyat xarakterlidir. NATO-nun və ABŞ-nin bu hücuma göstərdiyi zəif reaksiya isə onu deməyə əsas verir ki, qarşıda Rusiyanın bu istiqmətdə daha ciddi və təhlükəli həmlələrini görəcəyik.

Bütün dünya və xüsusilə Avropa Trampın bu təxribata münasibətini gözləyərkən ABŞ-nin hazırkı prezidenti əvvəlcə jurnalistlərin bu mövzuyla bağlı sualına cavab verməkdən qaçdı.

Ardınca da anlaşılmaz, qeyri-ciddi bir paylaşım etdi: "Rusiyanın dronlarla Polşanın hava məkanını pozması ilə nə baş verir? Başlanır!”


Yəni nə? Hanı hadisəyə verilən siyasi qiymət? Hanı NATO ölkəsinə göstərilməli olan ən azı, siyasi dəstək və sair?

ABŞ Prezidenti Rusiyanın bu təcavüz xarakterli təxribatına kəskin reaksiya vermək əvəzinə, “nala-mıxa” vuran davranışlar sərgiləyir.

Xatırladaq ki, bundan az öncə Tramp Pribaltika respublikalarına hərbi dəstəyi əngəlləyən qərar verib. Adam sanki bilərəkdən Rusiyanın əl-qolunu açmasına, təcavüzü genişləndirməsinə, Avropanı qorxutmasına, təşviş içrəisində saxlamasına şərait yaradır. Ancaq görünür. Tramp bu siyasətin ABŞ-nin özünün dünya liderliyinə, etibarlı və böyük tərəfdaş statusuna, nüfuzuna, strateji maraqlarına nə qədər böyük zərbə vurduğunu ya anlamır, ya da məhz elə buna xidmət edir və missiayası ondan məhz bunu tələb edir...

Putin Rusiyasının bu hücumla bağlı məqsədlərinə gəlincə, bu, bir növ “bir dronla iki dovşan vurmaq” anlamına gəlir. Artıq bir çox analitiklər bu hücum nəticəsində Avropanın öz diqqətlərini və maddi imkanlarını Ukraynadan daha çox Polşa və digər NATO ölkələrinə yönəltməyə başlayacağını proqnozlaşdırırlar. Bu, Rusiyanın maraqlarına uyğundur. Artıq Avropa İttifaqı Polşaya 43 milyard dollar ayırıb.

Digər yandan, bu hücum NATO üçün həm sınaq, həm də xəbərdarlıq oldu. Şimal Alyansı bu sınaqdan nəinki “əla”, yaxud “yaxşı”, heç düz əməlli “kafi” qiyməti də ala bilmədi.

Məsələn, Almaniya kansleri Fridrix Merts etiraf edib ki, NATO-nun hava hücumundan müdafiə sistemi gözlənilən səviyyədə deyil: “Avropanın və NATO-nun hava hücumundan müdafiəsi işə düşdü. Lakin o qədər yaxşı səviyyədə yox ki, çox sayda pilotsuz təyyarənin Polşanın hava məkanına daxil olmasının qarşısını ala bilsin”. Doğrudan da, NATO-dan fiziki və maddi imkanları, hərbi texnologiyaları ilə çox-çox geridə hesab edilən Ukrayna Rusiya PUA-ları və raketkəri ilə daha effektiv mübarizə aparır, nəinki dünən Polşaya hücumu “dəf edən” NATO qüvvələri.

Xatırladaq ki, müxtəlif mənbələrə görə, Polşa hava məkanına soxulan təxminən 20-23 PUA-dan yalnız 4-ü vurulub. Qalanları isə sağ-salamat geri qayıdaraq, Ukrayna ərazisinə daxil olub. Həmçinin, Polşa ərazisində dünənki hücumdan sonra hansısa “naməlum” raketin qalıqları aşkarlanıb. Bu, NATO-nun hava müdafiə “çətirinin” nə vəziyyətdə olduğu barədə aydın təsəvvür yaradır...

Əvəzində, NATO bəyan edir ki, bu baş verənləri NATO ölkəsinə qarşı hücum hesab etmir. Ölkənin hava sərhədləri kütləvi şəkildə, özü də qəsdən pozulub. Aeroportlar işini dayandırıb. Bir neçə PUA yaşayış evlərinə düşüb və sair. Bəs hücum daha nəyə deyilir?


Müasir müharibələr artıq çoxdan PUA və raket müharibələrinə çevrilib. Bu dişsiz reaksiyadan sonra növbəti dalğada Polşa, yaxud Pribaltika ölkələrinə təkcə PUA deyil, raket hücumu olarsa, burada təəccüblənəcək bir şey olmayacaq. Bir müddət sonra isə bu cür hücumlar adi, rutin halını alacaq...

Rusiya isə həyasızlıqla Avropanı və ABŞ-ni ələ salır. Bildirir ki, Polşaya hücum edənlər onun dronları deyil, onun PUA-ları 700 kilometr uça bilir və sair. Eynilə də vaxtilə Krımdakı və Donbasdakı silahlı dəstələrin, hərbi texnikanın, raketlərin və s. də Rusiyaya aidiyyatı olmadığını deyirdilər. Bunun nə ilə sonlandığını hamı gördü...

Beləliklə, Rusiya faktiki olaraq, mərhələlərlə Avropa və NATO təhlükəsizliyini sınaqdan keçirir, onun zəif yerlərini açır, həm də cəsarətlənir.

Azğınlaşan Putin Rusiyası ilə necə rəftar edilməli olduğunu hələ 2015-ci ildə Türkiyə göstərmişdi. Həmin vaxt cəmi bir neçə dəqiqə ərzində Türkiyə sərhədini keçmiş Rusiya hərbi təyyarəsi Türkiyə “F-16”-sı tərəfindən dərhal vurulmuşdu. Bundan sonrakı açıqlamalar, şərhlər və sair artıq önəmli deyildi. Ən əsası, Türkiyə göstərdi ki, kimsə onun sərhədini, hava məkanını poza bilməz!

Ona görə də həmin vaxtdan sonra Suriyada yerləşən Rusiya hərbi təyyarələri Türkiyəyə tərəf “baxmağa” belə cəsarət etmədilər. Ancaq göründüyü kimi, Polşa Türkiyə deyil! Bu gün eyni cəsarəti və qətiyyəti nə Avropada, nə də NATO rəhbərliyində görmürük. Yaxın zamanda görəcəyimizə də ümid etməyə dəymir. Bu isə işğalçını, təcavüzkarı daha da cəsarətləndirir...

Cəlal Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Sentyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri