Polşa və Litva Rusiya sərhədində birgə poliqon yaradır
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Polşa və Litva sərhəd qüvvələrini gücləndirmək üçün Rusiyanın Kalininqrad vilayəti yaxınlığında sərhədyanı təlim poliqonu yaratmağı planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "The National Interest" nəşri məlumat yayıb.
Nəşrdə qeyd olunur ki, iki qonşu ölkənin birgə poliqonu Suvalki dəhlizini "Polşa və Litva qüvvələri ilə komplektləşdirilmiş NATO forpostuna" çevirəcək.
Ötən ilin dekabrında Litva müdafiə nazirinin müavini bəyan edib ki, Polşa Suvalki dəhlizi zonasında Litva poliqonuna bitişik ərazidə poliqon tikintisi planlaşdırır.
Suvalki dəhlizi təxminən 64 kilometr uzunluğunda, Rusiyanın Kalininqrad vilayəti və Belarusun Qrodno bölgəsinə bitişik olan Litva-Polşa sərhədinin strateji əhəmiyyətli sahəsidir. Həmin dəhlizin bağlanması halında Litva Avropadan quru yolu ilə təcrid olunmuş vəziyyətə düşür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:191
Bu xəbər 14 Fevral 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















