Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşada Poznandakı məktəbi və dəmir yolu vağzalını partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb.
Bu barədə RMF24 radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, o, sentyabrın sonlarında bir neçə müəssisənin elektron ünvanlarına partlayıcı maddələrdən istifadə hədələri olan məktublar göndərib. Məktublarda o, dəmir yolu vağzalını, məktəbi və s. partlatmaqla hədələyib. Məktubların birində özünü məktəb şagirdi kimi təqdim edərək, siniflərdən birində partlayıcı qurğuların köməyi ilə özünü partlatmaqla hədələyib.
"Hədələri həyata keçirməkdən imtina etmək müqabilində o, Poznanın Stşeşin rayonundakı parkda çamadanın içində qoyulmalı olan 300 min zlotı (77 min dollardan çox) nağd pul tələb edirdi", - polisdən bildirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbi, vağzalı və digər yerləri diqqətlə yoxlayıb və bu yerlərdə heç bir partlayıcı qurğu aşkar etməyiblər.
Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun mütəxəssisləri məktubların müəllifinin yaşayış ünvanını müəyyən edib və onun evindən elektron cihazları müsadirə ediblər. Gəncə yalançı həyəcan qaldırmaqla bağlı ittiham irəli sürülüb ki, buna görə də onu 8 il azadlıqdan məhrumetmə cəzası gözləyir.
///report///
Baxış sayı:119
Bu xəbər 06 Oktyabr 2026 20:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















