Polşanın Baş naziri Donald Tusk Niderlandda siqnal raketləri ilə atəşə tutuldu
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Polşanın Baş naziri Donald Tusk Niderlandda siqnal raketləri ilə atəşə tutulub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Polsat News" telekanalı məlumat verib.
Məlumata görə, dəhşətli hadisə Niderlandın alman işğalından azad edilməsinin 80-ci ildönümü münasibətilə keçirilən mərasim zamanı baş verib.
Niderland torpaqlarında nasistlərə qarşı vuruşan polşalı əsgərlərin xatirəsini anma tədbirinə dəvət olunan Donald Tusk naməlum şəxsin hücumuna məruz qalıb.
Tusk digər yüksəkrütbəli qonaqlar arasında səhnədə dayanarkən onun istiqamətinə siqnal raketləri atılıb.
Mühafizəçilərin ildırım sürətli reaksiyası sayəsində baş nazir dərhal cangüdənlər tərəfindən mühasirəyə alınıb və təhlükəsiz yerə aparılıb.
Hücum edən şəxs dərhal yerə yıxdırılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən bir neçə saniyə sonra mərasim normal rejimdə davam edib.
Cinayətkarın motivləri hələlik naməlum olaraq qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 05 May 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















