Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
London, 12 noyabr, AZƏRTAC
Böyük Britaniyada iqtisadi artımın zəifləməsi, yaşayış xərclərinin yüksəlməsi və Polşada iqtisadi imkanların genişlənməsi fonunda bu ölkədə yaşayan polyakların bir hissəsi vətənlərinə qayıtmağa üstünlük verir.
AZƏRTAC “The Telegraph”a istinadla xəbər verir ki, son illərdə Polşada əməkhaqlarının artması, yaşayış xərclərinin Britaniya ilə müqayisədə daha aşağı olması və vergi güzəştləri xaricdə yaşayan polyakların geri qayıtmasını təşviq edən əsas amillər sırasındadır. 2004-cü ildə Polşanın Avropa İttifaqına üzv olmasından sonra yüz minlərlə polyak daha yaxşı iş imkanları axtarışında Böyük Britaniyaya köçüb. 2017-ci ildə Britaniyada yaşayan Polşa vətəndaşlarının sayı bir milyonu ötüb və onlar ölkənin ən böyük miqrant icmalarından birini təşkil ediblər.
Lakin xüsusilə “Brexit”dən sonra vəziyyət dəyişməyə başlayıb. Polşa İqtisadi İnstitutunun hesablamalarına əsasən, ötən ilin sonunda Böyük Britaniyada yaşayan polyakların sayı təxminən 738 min nəfərə enib. Polşada 2022-ci ildə tətbiq edilən vergi güzəştləri proqramı da xaricdən qayıdan vətəndaşlar üçün əlavə stimul yaradıb.
Məlumata görə, Britaniyanın iqtisadi imkanlarının zəifləməsi fonunda bəzi polyaklar artıq öz ölkələrində Böyük Britaniyadakından daha yüksək gəlir əldə edə bilirlər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Baxış sayı:119
Bu xəbər 12 Noyabr 2026 18:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















