Icma.az
close
up
RU
Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası

Pomidor 45 qəpiyə düşdü: Bazardakı qiymət oyununun pərdəarxası

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadçı Rauf Qarayev qiymət dəyişkiliyinin əsas səbəbinin iqlimlə bağlı olduğunu deyib 

“Fikir versəniz görəcəksiz ki eyni tendensiya digər tərəvəz məhsullarında da baş verir. Bunun səbəbi havanın daimi dəyişkən olmasıdır. Məsələn, bir neçə gün əvvəl qarpızın kiloqramı Sabirabad bazarında 35 qəpiyə enmişdi. İndi qiymət yenə qalxıb, 70 qəpik olub”.

Bu sözləri “Sherg.az”a açıqlamasında iqtisadçı Rauf Qarayev bazarda meyvə-tərəvəz qiymətlərinin tez-tez dəyişməsinin səbəbini izah edərkən deyib. Qeyd edək ki, hazırda bəzi market şəbəkələrində pomidor ucuz qiymətə - 45 qəpiyə satışdadır. Dünənədək ən ucuz qiymət 1.20-1.30, ən yuxarı qiymət isə 1.80-2 manat idisə, bu gün pomidorun bu qədər ucuzlaşması təəccüb doğurur. 

İqtisadçı Rauf Qarayev qiymət dəyişkiliyinin əsas səbəbinin iqlimlə bağlı olduğunu dedi: 

- Bazara gələn malın üzərinə logistika və yüklənmə, üstəgəl yer pulu da əlavə edildikdə, qiymət yüksəlir. Lakin bəzən qiymətin enməsi də müşahidə edilir, bu, məhsulun götürülən sahədə bol olması ilə əlaqədardır. Qarpızla bağlı deyə bilərəm ki, bəziləri burada havanın kəskin dəyişməsi və qarpızın tağının yanması ilə əlaqələndirirdilər. Üstündən bir neçə gün keçdi və qiymət bazarda artıq 70 qəpik oldu. Yəni qiymət oynayandır. Bu proses, qeyd edim ki, digər tərəvəzlərdə də öz əksini tapıb. O cümlədən pomidorda da. Hava bir soyuq olan kimi qiymət hətta ikiqat qalxır. Məsələn, adi xiyarın özündə də qiymət 1 manat 50 qəpik də olur, bəzən 50 qəpik də. Bostandan nəqliyyatla son istifadəçiyə gəlib çıxana kimi, meyvə-tərəvəzin qiyməti az qala 7 dəfə artır. Bu onu göstərir ki faiz tendensiyası gözlənilmir. Halbuki, maksimum qazanc 30% olmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (14-cü maddə) əsasən, bazar qiyməti - müvafiq bazarda eyni (oxşar) mallar (işlər, xidmətlər) üçün tələb və təklif əsasında formalaşan qiymətdir. Vergitutma məqsədləri üçün tərəflərin razılaşdığı qiymət əsas götürülsə də, müəyyən hallarda vergi orqanı vergiləri bazar qiyməti əsasında hesablaya bilər. Barter əməliyyatlar, əlaqəli şəxslər arasında aparılan əməliyyatlar, qiymətlərin bazar qiymətindən xeyli, əsasən 25-30% civarında fərqləndiyi və ya ticarət qaydalarına uyğun olmayan hallarda tətbiq edilir. Vergi qanunvericiliyinə görə, vergi ödəyicisinin eyni məhsul üzrə satış qiymətləri arasında 30 gün ərzində 25 faizdən çox fərq olduqda vergi orqanı araşdırma apara bilər. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2026 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri